Məhkəmə qərarları › İş №3(008)-3156/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3156/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3156/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X3, Hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X1 tərəfindən hüquqi şəxs Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 03 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şahid1 xx.xx.2025-ci il tarixdən, Şahid2 xx.xx.2025-ci il tarixdən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, Şahid1 və Şahid2 əmək müqavilələrinə xitam verilmiş və bununla bağlı verilmiş icazənin ləğvi ilə bağlı məktub da göndərilmişdir. Şəxslərin əmək müqaviləsi olmadığı halda onlar icazəni almaq üçün baş şirkətə müraciət edə bilməzlər və onlar üçün iş icazəsi əldə edə bilməzlər. Şəxsndə əmək müqaviləsi olmadan heç bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdirlər. Bununla bağlı sənədləri təqdim edir. Əgər əmək müqaviləsi olmadan işlərə cəlb etmiş olsa idi ikinci dəfə eyni işçi ilə əmək müqaviləsi bağlamazdı. Həmin işçilər daha yüksək əmək haqqı verildiyi üçün digər şirkətlərlə razılaşaraq əmək müqavilələrinə xitam vermişlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxsndə Şahid1 xx.xx.2025-ci il tarixdən, Şahid2 xx.xx.2025-ci il tarixdən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şahid1 izahatından görünür ki, sentyabr ayında Şəxs ilə əmək müqaviləsi bağlayaraq işlərə cəlb edilmiş və sonradan öz ərizəsi ilə işdən çıxmışdır. Əmək müqaviləsi olmadan Şəxsndə işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: 03 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsndə Şahid1 xx.xx.2025-ci il tarixdən, Şahid2 xx.xx.2025-ci il tarixdən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər; Əmək müqaviləsindən görünür ki, Şəxs ilə Şahid1 arasında xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X108 nömrəli Əmrdən görünür ki, “Ümumi” bölməsində “Köməkçi” vəzifəsində işləyən Şahid1 Namiq oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”- tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixində xitam verilmişdir. İşçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 6EN 7BJ00004X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid1 əmək müqaviləsinə 28 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 28 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsindən görünür ki, Şəxs ilə Şahid2 arasında xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli X99 nömrəli Əmrdən görünür ki, “Ümumi” bölməsində “Elektrik ustası” vəzifəsində işləyən Şahid2 Bəhman oğlu ilə bağlanılmış xxxxxxx001200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”- tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İşçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 7 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0012X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid2 əmək müqaviləsinə 27 dekabr 2024-cü il tarixdə xitam verilmiş və bildiriş 27 dekabr 2024-cü il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X107 nömrəli Əmrdən görünür ki, “Ümumi” bölməsində “Köməkçi” vəzifəsində işləyən Şahid2 Bəhman oğlu ilə bağlanılmış xxxxxxx001400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”- tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixində xitam verilmişdir. İşçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xxxxxxx0014X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid2 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş və bildiriş 27 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Təqdim edilmiş çıxarışdan görünür ki, Şəxs Şahid1 icazə üçün müraciət etmişdir. İcazənin başlanma tarixi xx.xx.2024-cü il icazənin bitmə tarixi xx.xx.2025-ci il, icazənin başlanma tarixi xx.xx.2025-ci il icazənin bitmə tarixi xx.xx.2025-ci ildir; Həmçinin, təqdim edilmiş çıxarışdan görünür ki, Şəxs Şahid2 icazə üçün müraciət etmişdir. İcazənin başlanma tarixi xx.xx.2025-ci il icazənin bitmə tarixi xx.xx.2025-ci ildir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Şəxs MMC tərəfindən icazəsiistənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, Şəxs MMC tərəfindənorada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid1 izahatından görünür ki, sentyabr ayında Şəxs ilə əmək müqaviləsi bağlayaraq işlərə cəlb edilmiş və sonradan öz ərizəsi ilə işdən çıxmışdır. Əmək müqaviləsi olmadan Şəxsndə işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 03 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs tərəfindən protokolda adları qeyd edilən şəxslərin hansı tarixlərdə əməyə cəlb edilməsi göstərilməmiş, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar