Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3183/2023 10.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs – Bakı şəhəri Sabunçu RPİ-nin 13cü PB-nin polis sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsindən daxil olmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN 1439828saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsindən daxil olmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN 1439828saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən OBA Market mağazasından ümumi dəyəri 60 manat olan 20 ədəd “Alpengold” şokoladı oğurlaması, xx.xx.2023-cü il tarixdə Bakıxanov qəsəbəsi ərazisində vətəndaş X3 məxsus içərisində şəxsiyyət vəsiqəsi, bank kartı və 72 manat olan pul qabını oğurlaması, xx.xx.2023-cü il tarixdə Bakıxanov qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən 18 nömrəli evdən X1 məxsus, dəyəri 100 manat olan bir ədəd samovarı oğurlaması aşkar edilmişdir. Məhkəmədə inzibati protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin polis sahə inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə etdi və bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ərazisində yaşayan vətəndaşlar ərizə ilə Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət etmişlər. Müxtəlif tarixlərdə Şəxs Bakıxanov qəsəbəsində yerləşən evdən və mağazadan müxtəlif əşyalar oğurlaması aşkar edilmişdir. Söhbətlər zamanı o, xırda oğurluqlar törətdiyini bildirmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğuna görə tərəfindən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Tərtib olunmuş protokolların təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında göstərdi ki, həqiqətən də qeyd olunan oğurluq əməllərini törətmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır, bundan sonra bir daha belə əməllərə yol verməyəcəkdir. Maddi imkansızlıqdan və işsizlikdən bu əməlləri törətmişdir. Bir daha belə hallara yol verməyəciyini və yaxın müddətdə yeni işə başlayacağını bildirərək, məhkəmədən barəsində inzibati həbslə əlaqəli olamayn inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafı ilə yanaşı digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN 1439828saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar Şəxs tərəfindən imzalanmışdır. İşdə olan Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-150-cu maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu vaxtdan, yəni 08 iyun 2023-cüi il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №3(008)-3183/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3183/2023
10.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver