Məhkəmə qərarları › İş №3(008)-3197/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3197/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3197/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Aytən Eldar qızı Səfərovanın katibliyi, Zərərçəkmiş şəxs nümayəndəsi “Arbitrium” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, 17 mart 1956-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 2-ci dalanda fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci polis bölməsindən daxil olmuş 17 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12 fevral 2024-cü il tarixdə Nardaran qəsəbəsi, Ləhiş bağlarında Zərərçəkmiş şəxs məxsus hasarı və dəmir darvazanı sökərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Qızqayıt Cəfərovanın maşınına hər hansı ziyan vurmamış, onun maşınını cızmamışdır. Qızqayıt Cəfərova mənim həyat yoldaşımın keçmiş arvadıdır. O, sadəcə onlar ailə həyatı qurandan hər dəfə narazılıq yaratmaq üçün müxtəlif bəhanələr axtarır. O, bu məsələ ilə polis bölməsinə dəvət edilərək izahat vermişdir. Orada da bildirmişdir ki, o, heç vaxt Qızqayıt Cəfərovanın maşınını cızmamış və ona maddi ziyan vurmamışdır. Qızqayıt Cəfərova ona iftira atır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi “Arbitrium” vəkil bürosunun vəkili Vəkil bildirmişdir ki, Şəxs və qardaşları çıxarış əsasında Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin onlara aid olduğunu iddia edərək qanunsuz olaraq həmin torpaq sahəsinin hasarını və dəmir darvazasını sökmüşlər. Sədrlik edənin sualına cavab olaraq nümayəndə hasaın və darvazanın məhz Şəxs tərəfindən sökülməsini təsdiq edən sübutun olmadığını, lakin bu əməlin məhz Əli və qardaşları tərəfindən törədilməsinə əmin olduqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 fevral 2024-cü il tarixdə Nardaran qəsəbəsi, Ləhiş bağlarında Zərərçəkmiş şəxs məxsus hasarı və dəmir darvazanı sökərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs izahatından görünür ki, o, həmin izahatında Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin hasarını və darvazasını zədələmədiyini və sökmədiyini bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törədən Şəxs və qeyriləri barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərar sahə müvəkkilinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin AR İXM-nin 232-1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə təsdiq olunmadığından inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Belə ki, iş materiallarında AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi də zərərçəkmiş şəxsə məxsus torpaq sahəsinin hasarının və dəmir darvazasının məhz Şəxs tərəfindən sökülməsini təsdiq edən sübutlarının olmadığını bildirmişdir. Material üzrə ilkin araşdırma aparan təhqiqatçı Şəxs və barələrində şikayət verilmiş digər şəxslərin heç birinin izahatını almadan, şikayət üzrə heç bir araşdırma aparmadan, dəymiş ziyanın məbləğini müəyyən etmədən sadəcə şikayət vermiş şəxsin izahatını yetərli hesab edərək əsassız olaraq həmin şəxslər barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməli olması qənaətinə gəlmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iş materiallarına yalnız inzibati xəta haqqında protokol sübut kimi əlavə olunaraq material məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Məhkəmə AR Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq qeyd edir ki, inzibati xəta haqqında protokol ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən xüsusatlar iş materiallarında olan digər mötəbər sübutlarla təsdiq olunmalıdır ki, hazırki iş materiallarında inzibati xətanın Şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir sübut olmamaqla məhkəmə iclasında da zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı ilə həmin hal öz təsdiqini tapmamışdır. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş materiallarda Şəxs AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən bir dənə də olsun sübut yoxdur ki, bu da məhkəmənin Şəxs törədilmısi ona istinad olunan əməldə təqsirli olmasının sübuta yetirilməməsi qənaətinə gəlməsinə əsas verir. Məhkəmə qeyd edir ki , inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyindən, hazırda iş materiallarında Şəxs AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut olmadığından məhkəmə hesab edir ki, bütün şübhələr Şəxs xeyrinə həll edilməlidir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Odur ki, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin AR İXM-nin 232-1-c maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata onun həmin əməldə təqsirliliyi sübuta yetirillmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində AR İXM-nin 129cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar