Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-32/2023 05.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əhmədova Göyçək Vahid qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, 24 aprel 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ünvan 1ünvanında qeydiyyatda olan- Hüseynli Cavid Elşən oğlunun 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı qərardan verdiyi şikayətə 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. X2 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Sabunçu RPİ 12-ci PŞ-yə müvafiq qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Sabunçu RPİ 12-ci PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 bildirdi ki, xx.xx.2021-ci il tarixdə onun barəsində İXM-nin 211.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək 200 manat məbləğində cərimə edilmişdir. Lakin o, protokolun tərtib edilməsindən məlumatı olmamışdır. Bu barədə məlumatı my.gov.az saytından əldə etmişdir və bununla əlaqədar olaraq şifahi məlumat eldə edərək bilmişdir ki, protokol Sabunçu RPİ tərəfindən tərtib edilmişdir. O, heç bir pozuntuya yol verməmiş, ümumiyyətlə barəsində tərtib edilmiş protokoldan və onun əsasında qəbul edilmiş qərardan xəbərsiz olmuşdur. O qərar və protokolu rəsmi qaydada xx.xx.2022-ci il tarixdə 12-ci PŞ-dən əldə etmişdir. Göstərilənlərin nəzərə alınaraq buraxılmış müddətin üzrlü hesab edilərək barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli protokolun və onun əsasənda qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X2 barəsində 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu RPİ 12-ci PŞ-yə göndərilməlidir. İş materiallarına əlavə edilmiş 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə onun barəsində və 200 manat məbləğində cərimə edilmə haqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinə əsasən Bu Məcəllənin 211.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyindən və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla şikayət qismən təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilməsinə dair 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu RPİ 12-ci PŞ-yə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilməsinə dair 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu RPİ 12-ci PŞ-yə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-32/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-32/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver