Məhkəmə qərarları › İş №3(008)-32/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-32/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-32/2024 07.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 manat miqdarında cərimə olunması barədə xx.xx.2023-cü il tarixli, EQ 15744185 nömrəli qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Suraxanı Rayon Polis İdarəsi DYPİ-si tərəfindən tərtib edilmiş İXP ******* saylı xx.xx.2023-cü il tarixli protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş portal çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə başlanmış icraata isə xitam verilir. Məhkəmə baxış dövründə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs xx.xx.2022-ci il tarixdə öldüyündən məhkəmə hesab edir ki, Vəliyev X1 Xətalar 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar