Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3204/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 və X9 kızının iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçılar X4 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən və onlara məxsus 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələr aradan qaldırılması, giriş qapısının açarlarının iddiaçılara verilməsi cavabdeh Şəxs həvalə edilmişdir. İcra sənədi bu günə qədər icra edilməmiş, bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək məhkəmədən Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Borclu barəsində xəbərdarlıq göndərilmiş, tələbin könüllü icrası barədə məlumat verilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədindən məlumatı var. Lakin icra sənədini icra etmək fikri yoxdur. Tələbkarların ona 3000 (üç min) manat borcu var və Konstitusiya Məhkəməsinin qərarı çıxmadan icra sənədi icra etməyəcək. Məhkəmə iclasında tələbkar qızı X10 izahatında bildirmişdir ki, icra sənədi üzrə tələbin icra olunmasını tələb edir. Məhkəmə iclasında tələbkar X7 eyniməzmunlu ifadə verərək borclu barəsinə qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçılar X4 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən və onlara məxsus 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələr aradan qaldırılması, giriş qapısının açarlarının iddiaçılara verilməsi cavabdeh Şəxs həvalə edilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs icra vərəqəsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, icra sənədi verildiyi tarixdən bu günədək borclu tərəfindən uzun müddət icra sənədi icra edilməmiş və buna dair üzürlü səbəb borclu Şəxs tərəfindən təqdim edilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş qətnamə və onun əsasında icra tədbirləri başlanılmışdır. Məhkəmə iclasında borclu Şəxs izahatında bildirmişdir ki, icra sənədindən məlumatı var. Lakin icra sənədini icra etmək fikri yoxdur. Tələbkarların ona 3000 (üç min) manat borcu var və Konstitusiya Məhkəməsinin qərarı çıxmadan icra sənədi icra etməyəcəkdir. Borclunun izahatından da göründüyü kimi o, icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməyəcəyini bir daha məhkəmə iclasında təsdiq etmişdir. Borclu tərəfindən icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsinin üzrlü səbəbdən olması ilə bağlı məhkəməyə hər-hansı sənəd təqdim etməmişdir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, ödənilməli olan ödənişin məbləğini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-3204/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3204/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver