Məhkəmə qərarları › İş №3(008)-3206/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3206/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3206/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Məhəmmədəli Məmmədovun, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 10 avqust 1999-cu il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 94, mənzil 62-də qeydiyyatda olan və yaşayan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən şöbəyə dəvət edildikdə o polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, onların qanuni tələblərinə tabe olmamış ətrafdakı insanların həmin əraziyə toplaşmasına səbəb olmuşdur. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Məhəmmədəli Məmmədov tərəfindən MN № ******* saylı, 16 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Məhəmmədəli Məmmədov izahatında göstərmişdir ki, Şəxs 15 may 2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən şöbəyə dəvət edildikdə o polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, onların qanuni tələblərinə tabe olmamış ətrafdakı insanların həmin əraziyə toplaşmasına səbəb olmuşdur. Daha sonra o polis əməkdaşları tərəfindən qanunun tələblərinə əsasən güc tətbiq edilərək şöbəyə gətirilmiş, raportla Şöbə rəisinə müraciət olunmuşdur. Daha sonra şəxs narkoloji nümunəyə aparılmış, Şəxs analiz verməkdən imtina etmişdir. Raport əsasında Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 15 may 2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində dostları və doğma bibisi oğlu ilə olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq onlarla birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirdikdə etiraz edərək onlardan kim olduğunu və getmək səbəbini soruşduqda aralarında mübahisə baş vermişdir. Onların polis əməkdaşları olduğunu mülki geyimdə olduqları üçün bilməmişdir. Aralarında anlaşılmazlıq olmuşdur, onlara müqavimət göstərmək niyyəti olmamışdır. Daha sonra 13cü Polis Şöbəsinə gətirilmişdir. Baş vermiş hadisədən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərmişdir ki, 15 may 2025ci il tarixdə ərazidə xidmətdə olan zaman vətəndaş Şəxs narkotik vasitələrin qəbulunda özünü şübhəli apardığı üçün ona yaxınlaşdıqda o ictimai qaydaları kobudcasına pozaraq nalayiq ifadələr işlətmiş, əl-qol hərəkətləri edərək onların qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, bu hərəkətlərinə davam etmiş, aqressiv danışaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün tərəflərindən ərazi üzrə şöbəyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərmişdir ki, Şəxs şöbənin ərazisində özünü şübhəli apardığı üçün ona yaxınlaşdıqda, əl-qol hərəkətləri edərək onların qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, daha sonra ona suallar verdikdə aqressiv danışaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün tərəflərindən ərazi üzrə şöbəyə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs 13-cü Polis Şöbəsində olarkən izahat verməkdən imtina etmişdir. AZA 016999 saylı, 15 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 may 2025-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını və şahid ifadələrini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs baş vermiş hadisəyə görə peşmançılığını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta haqqında protokola izahatında Şəxs etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə, inzibati xəta haqqında verilmiş izahata və protokolla bağlı izahatlarını işdə olan digər sübutlarla müqayisəli təhlil edərək hesab edir ki, hazırki məhkəmə iclasında verilmiş izahat müdafiə xarakterlidir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, raport və iş materiallarındakı digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmənin verilmiş suallarına cavabında Şəxs bildirmişdir ki, hadisənin baş vermə axınında polislər mülki geyimdə olduğundan onların polis əməkdaşları olduğuna inanmamış, bu səbəbdən də əvvəlcə şöbəyə getmək istəməmişdir. Baş vermiş hadisələrə münasibətdə peşmandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətaya görə, Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq və kifayət hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar