Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3207/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Dövlət X5 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Dövlət X5 daxil olmuş İXP seriyalı ******* nömrəli, 05 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs inzibati xəta törədilən zaman mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında polis orqanı tərəfindən müvafiq sorğunu aldıqları gündən avtomobili idarə edən sürücü haqqında lazımi məlumatların 5 gün müddətində polis orqanına verildiyini bildirərək bu barədə sənədləri məhkəməyə təqdim etmiş və X12 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və nümayəndənin iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 05 mart 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Sabunçu Rayon Polis İdarəsinin X13 Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “FİAT DOBLO PANORAMA MİNİK” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Sabunçu Rayon Polis İdarəsinin Dövlət X11 təqdim etməmişdir. Bakı şəhəri Sabunçu rayon X13 Şöbəsi tərəfindən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxsndə 29 yanvar 2024-cü il tarixdə “Şərifova N.Z” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. Poçt qəbzinin üzərində olan ştrix-kod (SX013560145AZ) "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən Sabunçu Rayon Dövlət X5 Şəxs ünvanına göndərilən sorğunun ünvana çatdırılmasını təsdiq edən heç bir məlumat yoxdur. Şəxs etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi Sabunçu rayon Polis İdarəsinin Dövlət X11 ünvanlanan 01 fevral 2024-cü il tarixli, 18-1-17/2-469/2024 nömrəli məktubdan görünür ki, həmin məktubda inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatlar öz əksini tapmışdır. 01 fevral 2024-cü il tarixli elektron sənəd dövriyyəsi sistemindən çıxarışdan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Sabunçu Rayon Dövlət X11 ünvanlanmış cavab məktubu xx.xx.2024-cü il tarixdə, saat 17:02:10-da Bakı şəhəri Sabunçu Rayon Dövlət X11 rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X8 nümayəndəsi tərəfindən 29 yanvar 2024-cü il tarixdə qəbul edilmiş və 01 fevral 2024-cü il tarixdə həmin sorğuya rəsmi qaydada cavab verilərək elə həmin tarixdə cavab məktubu ESD (elektron sənəd dövriyyəsi) sistemi vasitəsilə Polis Şöbəsinə rəsmi qaydada göndərilmişdir. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Dövlət X5 daxil olmuş İXP seriyalı ******* nömrəli, 05 mart 2024-cü il tarixli protokolu, X8 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədləri və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, polis orqanı tərəfindən hüquqi Şəxsə ünvanlanmış və 29 yanvar 2024-cü il tarixdə rəsmi qaydada X12 tərəfindən qəbul edilmiş sorğuya 01 fevral 2024-cü il tarixdə cavab verildiyindən Şəxsnə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda X12 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. .Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3207/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3207/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver