Məhkəmə qərarları › İş №3(008)-3213/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3213/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3213/2020 10.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. X3 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X3 bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi **-JX-*** dövlət nömrə nişanlı, “İveco” markalı avtobusla 11 nömrəli maşrut xətti üzrə Xətai prospekti istiqamətindən “Şərq Bazarı” istiqamətində orta zolaqla hərəkətdə olarkən Təhsil Nazirliyinin həyətindən yola çıxan “Toyota Camry” markalı avtomobil yola perpendikulyar vəziyyətdə hərəkət hissəsinə daxil olub geri dönmək üçün yolun ortasında onun yolunu kəsərək ani olaraq əyləcə basmaqla onun yolunu bağlamışdır. O, idarə etdiyi içərisində sərnişinlər olan avtobusu saxlamağa çalışsa da, həmin avtomobilin sol arxa küncünə dəymişdir. Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 4-cü bəndinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Lakin hadisəni araşdıran polis baş-leytenantı Zaur Tağıyev bunu nəzərə almamış, onun adından yalnış izahat yazaraq onu həmin izahatı imza etməyə məcbur etmiş, o isə həmin izahatı imzalamaqdan imtina edərək hadisənin ədalətli araşdırılmasını xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, haqlı olduğu halda baş vermiş yol-nəqliyyat hadisəsi barədə onun iştirakı olmadan əleyhinə qərar qəbul edilmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat İXM-nin tələblərinin pozulması ilə aparıldığından xx.xx.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv olunmasını şikayətin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə DİN-nin Baş Dövlət X7 nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsin ərizəsini və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X3 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı tarixli qərar əsassızdır və və iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması müəyyən edildikdə inzibati qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında məhkəmə tərəfindən qərar qəbul edilir. Məhkəmə X1 məhkəmə baxışı zamanı verdiyi izahatına, iş materiallarında olan sənədlərə qiymət verərək hesab edir ki, şikayət əsaslıdır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Xətai küçəsində “X4” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuşdur. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinin tələbinə əsasən X1 şikayəti təmin edilməli və Bakı şəhər Dövlət X7 polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, X1 etirazına baxmayaraq onun iştirakı olmadan qərar qəbul edildiyindən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə aparıldığı üçün ləğv edilməli və inzibati xəta haqqında iş onun iştirakı təmin edilməklə yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Dövlət X9 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar