Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3215/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Dövlət X5 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Dövlət X2 daxil olmuş 23 aprel 2024-cü il tarixli, İXP ******* saylı tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs inzibati xəta törədilən zaman mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana və barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndənin iştirakı təmin edilməmiş və nümayəndələrin iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 23 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Sabunçu Rayon Polis İdarəsinin X7 Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Mercedes Benz V250” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Sabunçu Rayon Polis İdarəsinin Dövlət X6 təqdim etməmişdir. Bakı şəhəri Sabunçu rayon X7 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs MMC-də 22 mart 2023-cü il tarixdə “Dəmirzadə Fidan” ad və soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. Şəxs MMC tərəfindən Bakı şəhəri Sabunçu Rayon Dövlət X6 ünvanlanmış 10 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, MMC tərəfindən həmin məktubla polis idarəsinə olan “Mercedes Benz V250” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini b27 dekabr 2023-cü il tarixdən idarə edən sürücünün X1 barəsində məlumat verilmiş və həmin məktubun 12 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Dövlət X6 göndərilməsi məhkəməyə təqdim edilmiş qəbzlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qanunvericiliyin tələblərindən görünür ki, müvafiq polis idarəsi tərəfindən hüquqi şəxsə mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs barəsində məlumatın göndərilməsi barədə sorğu o zaman ünvanlanmalıdır ki, hüquqi şəxs öncədən bu barədə polis orqanına məlumat verməmiş olsun və polis orqanı müvafiq nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs barəsində məlumatsız olsun. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs tərəfindən hələ bu ilin əvvəlindən “Mercedes Benz V250” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan sürücü barəsində Bakı şəhəri Sabunçu Rayon Dövlət X6 məlumat verilmiş (xx.xx.2024-cü il tarixli məktubla) və həmin məktub 12 yanvar 2024-cü il tarixdə rəsmi qaydada polis şöbəsinə göndərilmişdir ki, belə olan halda MMC-nin əməlində inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Dövlət X2 daxil olmuş 23 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən ilin əvvəlindən balansında olan “Mercedes Benz V250” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququna malik olan şəxs barəsində rəsmi qaydada məlumat verildiyindən və polis orqanında artıq bu barədə məlumat olduğundan MMC-nin əməlində AR İXM-nin 347-ci maddəsinin tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. .Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «QES QRUP” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3215/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3215/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver