Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3254/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ofisant işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “AFF park” yaşayış kompleksində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 may 2025-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 19 may 2025-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 may 2025-ci il tarixdə 2908 saylı rəyinə əsasən Şəxs narkotik maddə istifadəçisi olduğu müəyyən edilmişdir. Eyni zamanda MN seriyalı ******* nömrəli, 19 may 2025-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında ictimai qaydanı və ictimai təhlükəsizliyi kobud sürətdə pozmuşdur. Eyni zamanda MN seriyalı ******* nömrəli, 19 may 2025-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X5 hər üç protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətanı törətməkdə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, həmin gün taksi sifariş vermişdir. Taksi gəldikdə görmüşdür ki, taksidə arxa oturacaqda bir nəfər oğlan və bir nəfər xanım sərnişin vardır. Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində həmin sərnişinlər avtomobildən düşmüşlər və oğlan sərnişin taksi sürücüsünə bildirmişdir ki, xanımı ötürüb qayıdacaqdır və buna görə də, onu gözləmələrini xahiş etmişdir. O, taksi sürücüsü ilə birlikdə avtomobildə gözlədikləri zaman polis əməkdaşları onlara yaxınlaşmış və burada nə üçün dayandıqlarını soruşmuşlar. Taksi sürücüsü bildirmişdir ki, onlar müştəri gözləyirlər. Bu zaman polis əməkdaşlarından biri onlara yaxınlaşmış və avtomobilin qapısını açmaq istəyərkən sürücü avtomobili arxaya sürmüş, oradan qaçmağa çalışmışdır. Bu zaman polis əməkdaşları silah tətbiq edərək avtomobilin təkərini partlatmışlar. Daha sonra polis əməkdaşları onları xidməti avtomobillərinə əyləşdirirək polis şöbəsinə aparmışlar. Narkotik maddəni isə atasının ölmündən sonra pisixoloji sarsıntı keçirtdiyi və depresiyada olduğu üçün istifadə etdiyini bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXBnin əməkdaşı Rəşad Vəliyev izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 23:50 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində xidmətdə olarkən iki nəfər şəxsi küçənin qaranlıq hissəsində görmüşlər, onlara yaxınlaşmaq istədikdə həmin şəxslər oradan qaçaraq uzaqlaşmağa başlamışlar. Onlar dəfələrlə həmin şəxslərə dayanmalarını və onlara tabe olmalarını deməklərinə məhəl qoymayaraq onlara tabesizlik göstərmişlər və həmin yerə yaxın dayanmış **-VJ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobilə əyləşərək həyacanlı şəkildə avtomobili arxa arxaya sürüb yolun kənarında olan daş yığınına vurmuşlar və təkrarən avtomobili irəli sürərək onların üzərlərinə gəlmişlər və onları avtomobil vurma təhlükəsi yaranmışdır. Həmin şəxslər oradan qaçmaq şansları olmadıqlarını gördükdən sonra dayanmışlar və onlar həmin şəxsləri saxlamış və post patrol xidməti avtomobilinə əyləşdirmişlər. Həmin şəxslərdən nə üçün bunu etdiklərini soruşduqda isə həmin şəxslər səmimi şəkildə narkotik maddənin təsiri altında olduqlarını və bunun üçün qaçmağa cəhd göstərdiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXBnin əməkdaşı İzzət Aşurov digər şahid Rəşad Vəliyevin izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-cü Polis Şöbəsinin rəisi Yunis Ələsgərova ünvanlanmış 17 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 23:50 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində xidmətdə olarkən iki nəfər şəxsi küçənin qaranlıq hissəsində görmüşlər, onlara yaxınlaşmaq istədikdə həmin şəxslər oradan qaçaraq uzaqlaşmağa başlamışlar. Onlar dəfələrlə həmin şəxslərə dayanmalarını və onlara tabe olmalarını deməklərinə məhəl qoymayaraq onlara tabesizlik göstərmişlər və həmin yerə yaxın dayanmış **-VJ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobilə əyləşərək həyacanlı şəkildə avtomobili arxa arxaya sürüb yolun kənarında olan daş yığınına vurmuşlar və təkrarən avtomobili irəli sürərək onların üzərlərinə gəlmişlər və onları avtomobil vurma təhlükəsi yaranmışdır. Həmin şəxslər oradan qaçmaq şansları olmadıqlarını gördükdən sonra dayanmışlar və onlar həmin şəxsləri saxlamış və post patrol xidməti avtomobilinə əyləşdirmişlər. Həmin şəxslərdən nə üçün bunu etdiklərini soruşduqda isə həmin şəxslər səmimi şəkildə narkotik maddənin təsiri altında olduqlarını və bunun üçün qaçmağa cəhd göstərdiklərini bildirmişlər. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:50 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 2908 nömrəli rəyindən görünür ki, Şəxs Kannabinoidlərdən və Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən Əzab ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17 may 2025-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi, həmçinin həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokollar, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs gənc olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəlinin 17 may 2025-ci il tarixdən, saat 23:50-dən hesablanması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 may 2025-ci il tarixdən saat 23:50-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(008)-3254/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3254/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver