Məhkəmə qərarları › İş №3(008)-3258/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3258/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3258/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Bilgəh qəsəbəsi - “Koroğlu” NMM 172 nömrəli müntəzəm marşrut xətti üzrə idarə etdiyi **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC PROCİTY AVTOBUS” markalı nəqliyyat vasitəsilə Bakı şəhəri Sabunçu rayon Zabrat şossesində dayanacaqda olduğu zaman, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağdan kənarda hərəkət edən **-JU-*** dövlət qeydiyyat nişanlı 217 nömrəli marşrut avtobusu sol tərəfdən ötmə qaydalarını pozaraq dayanacağa daxil olmuşdur. Bu zaman yol nəqliyyat hadisəsi baş vermiş və idarə etdiyi avtobus sol tərəfdən zədələnmişdir.Araşdırma nəticəsində guya onun əməlində AR İXMnin 327.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Hesab edir ki, onun əməlində qeyd edilən maddənin tərkibi yoxdur. Belə ki, idarə etdiyi **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC PROCİTY AVTOBUS” markalı nəqliyyat vasitəsinin dayanacaqda olması, **-JU-*** dövlət qeydiyyat nişanlı 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağdan kənarda hərəkət etməsi, **-JU-*** dövlət qeydiyyat nişanlı 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağ daxilində deyil, zolağın kənarından sol tərəfdən ötmə qaydalarını pozaraq dayanacağa daxil olması, onun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağ daxilində hərəkət edib növbəli şəkildə dayanacağa girməli olduğu halda bunu etməməsi, tərəfindən qanunun tələblərinə uyğun olaraq dayanacaq yerindən hərəkətə başlamazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyindən istifadə etmişdir. İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edimiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edərək, İXM-nin 53.1.1 -ci və 53.1.2-ci maddəsinə uyğun olaraq inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığına görə İXM-nin 114.1.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək məhkəmədən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 13:10-da Sabunçu rayonu, Zabrat şossesində “BMC PROCİTY AVTOBUS” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. X5 tərəfindən məhkəməyə təqdim olunmuş vidoegörüntülərdən görünür ki, **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC PROCİTY AVTOBUS” markalı avtobus onun üçün nəzərdə tutulmuş zolaqla hərəkət edərək qabaqda dayanacağa daxil olub orada dayanmış, daha sonra **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus isə sol zolaqla düzünə hərəkət edərək qəfil **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına keçərək onu vurmuşdur. **-JU- *** dövlət qeydiyyat nişanlı avtobusun sol zolağa keçmək üçün xarici işıq siqnallarından istifadə edib-etməməsi müəyyən edilməmişdir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. İnzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda X3 əks istiqamətli hərəkət zolağına çıxamadan ötmə və ya manevr etmə qaydasının pozulmasının onun hansı hərəkətlərində ifadə olunması qeyd olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilən videogörüntülərdən onun hər hansı pozuntuya yol verməsini müəyyən etmək mümkün olmamışdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən isə məhkəməyə hadisənin baş vermə şəraitini, mexanizmini əks etdirən foto, video materiallar, digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsi göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsində Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar