Məhkəmə qərarları › İş №3(008)-3261/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3261/2023

15.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3261/2023 15.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Məhəmməd Hüseynovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1960-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, ev 24-də qeydiyyatda olan və yaşayan-Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət. Şəxs 14 iyun 2023-cü il tarixdə, saat 17:00-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində ünvansız küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmayaraq iş rejimini pozmuşdur. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Məhəmməd Hüseynov tərəfindən MN № ******* saylı, 15 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Məhəmməd Hüseynov göstərmişdir ki, Vət. Şəxs 14 iyun 2023-cü il tarixdə, saat 17:00-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində ünvansız küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmayaraq iş rejimini pozmuşdur. Raportla bölmə rəisinə müraciət olunmuş, həmin raport əsasında tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Həmin vaxt içkili olmuşdur. Polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuşdur. Barəsində tərtib edilmiş protokolla razı deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər, Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin olunmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəhər Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Görünyüdü kimi, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair iş materiallarına protokoldan başqa heç bir sübut əlavə edilməmişdir. İş üzrə şahidlər dindirilməmiş, işin faktiki halları tam olaraq araşdırılmamış, heç bir kamera görüntüsü məhkəməyə təqdim olunmamışdır. İnziabti Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İş materialları ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetmir. Məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materialın faktiki hallarını araşdırıb hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Tahirə Əsədova İş №3(008)3261/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəh., Sabunçu Rayon Məhkəməsi 15 iyun 2023-cü il Bakı şəhəri Əsədova Tahirə Əlif qızının sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Məhəmməd Hüseynovun, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 16:50-də açıldı. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audioyazının aparılması və audioyazı barədə məlumatın məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında protokola əlavə edilməsi barədə xəbərdar edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda məhkəmə iclasının fasiləsiz audioyazısının aparılmasına etiraz etmədiklərini bildirirlər. Hakim məhkəmə içlasını açır və Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, inzibati protokolu tərtib etmiş şəxs və inzibati xəta törədən şəxs məhkəmə iclasına gəlmişlər. Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Əsədova Tahirə Əlif qızı Katib: Osmanlı Nurlan Azər oğlu Hakim məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Hakim inzibati işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir. İnzibati protokolu tərtib edən şəxs: Məhəmməd Hüseynov, Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru İnzibati xəta törədən şəxs: Şəxs, xx xxxx 1960-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, ev 24-də qeydiyyatdadır və yaşayır Hakim inzibati xəta törədən şəxsə hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələrim mənə aydındır. Hakim Şəxs 07 saylı vəkil bürosunda işləyən vəkillərin siyahısını təqdim edir. Siyahıda olan vəkillərdən və ya özünün tanıdığı hər hansı bir vəkillə hüquqlarının həyata keçirib-keçirməmək istəyini soruşur. Şəxs: özüm öz hüquqlarımı müdafiə edəcəm. Vəkilin xidmətindən imtina edirəm. Bu mənim maddi imkanımla əlaqədar deyil. Hakim işə baxılmasının mahiyyəti üzrə başlanmasını bildirir. İş üzrə zəruri materiallar elan olunur. Hakim inzibati protokolu tərtib etmiş şəxsə söz verir. İnzibati protokolu tərtib etmiş şəxs: Vət. Şəxs 14 iyun 2023-cü il tarixdə, saat 17:00da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində ünvansız küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmayaraq iş rejimini pozmuşdur. Raportla bölmə rəisinə müraciət olunmuş, həmin raport əsasında tərəfimdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyim protokolu müdafiə edirəm. Hakim inzibati xəta törətmiş şəxsə söz verir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs: Hörmətli Hakim! polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdim. Həmin vaxt içkili olmuşdum. Polis əməkdaşları ilə aramızda anlaşılmazlıq olmuşdur. Barəmdə tərtib edilmiş protokolla razı deyiləm. Hakim inzibati xəta haqqında protokolu tərtib edən şəxsin və inzibati xəta törədən şəxsin izahatını dinlədikdən sonra inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarları elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar