Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3268/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanova, X2 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 şikayət ərizəsi ilə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların hər birindən ayrı-ayrılıqda şikayət verməli olduğu halda onların hamısını bir icraatda məhkəməyə təqdim etmişdir. Bununla yanaşı, şəxsin barəsində tərtib olunmuş və ləğv olunması istənilən inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi, onun hansı orqan tərəfindən qəbul olunması şikayət ərizəsində göstərilməlidir. Bundan əlavə, şikayət ərizəsinə əlavə olunan inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, inzibati xətalar müxtəlif ərazilərdə baş vermişdir, bu da X2 tərəfindən şikayətin aidiyyəti üzrə düzgün göndərilməməsinə dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlər düzgün tərtib olunmadığından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək ərizəyə müvafiq sənədləri əlavə etməklə aidiyyəti məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. X1 düzgün tərtib edilmiş və zəruri sənədlər əlavə edilmiş şikayət ərizəsi ilə aidiyyəti məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3268/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3268/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver