Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3279/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aya Çingiz qızı Hacıyevanın katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə 08 iyun 2023-cü il tarixli, 00100-01452/23 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********2441 sorğu nömrəli 21 iyul 2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 01 ədəd “DOOSAN DX300LCA” marjalı tamdönər tırtıllı ekskavator yükü 21 iyul 2016-cı il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. Sonradan Şəxs MMC tərəfindən 03 iyun 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti 21 iyul 2021-ci il tarixədək uzadılmışdır. Lakin müvəqqəti ixrac müddətinin 21 iyul 2021-ci il tarixdə bitməsinə baxmayaraq **********2441 sorğu nömrəli 21 iyul 2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 01 ədəd “DOOSAN DX300LCA” marjalı tamdönər tırtıllı ekskavator yükünün müvəqqəti ixrac müddəti bitməmiş Dəmiryolservis” MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. MMC tərəfindən ixrac müddəti bitdikdən sonra 01 il 09 ay 26 gün sonra, yəni 17 may 2023-cü il tarixdə **********92732 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs nümayəndəsi X3 öz izahatında MMC tərəfindən törədilmiş inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 24 may 2023-cü il tarixli raportundan görünür ki, Şəxs MMC tərəfindən 21 iyul 2015-ci ildə **********2441 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac müddəti xüsusi gömük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında qalma müddəti 21 iyul 2021-ci ildə bitmiş, lakin həmin dövrdə MMC tərəfindən bu yüklərin dogər gömrük proseduru altında yerləşdirilməsi tamamlanmamışdır. MMC-nin müvəqqəti ixrac xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı müraciəti olmuş, lakin müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş malın öhdəlik müddətinin uzadılmasına etiraz edilmişdir. Əlavə olaraq, Şəxs MMC tərəfindən müvəqqəti ixrac olunan yüklər 17 may 2023-cü il tarixdə **********92732 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal xüsusi gömrük proseduru üçün bəyan edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, o, MMC tərəfindən müvafiq inzibati xətaın törədildiyini etiraf etmişdir. İnzibati xəta haqqında 08 iyun 2023-cü il tarixli, 00100-01452/23 saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********2441 sorğu nömrəli 21 iyul 2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 01 ədəd “DOOSAN DX300LCA” marjalı tamdönər tırtıllı ekskavator yükü 21 iyul 2016-cı il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. Sonradan Şəxs MMC tərəfindən 03 iyun 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx/xx/015105 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti 21 iyul 2021-ci il tarixədək uzadılmışdır. Lakin müvəqqəti ixrac müddətinin 21 iyul 2021-ci il tarixdə bitməsinə baxmayaraq **********2441 sorğu nömrəli 21 iyul 2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 01 ədəd “DOOSAN DX300LCA” marjalı tamdönər tırtıllı ekskavator yükünün müvəqqəti ixrac müddəti bitməmiş Dəmiryolservis” MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. MMC tərəfindən ixrac müddəti bitdikdən sonra 01 il 09 ay 26 gün sonra, yəni 17 may 2023-cü il tarixdə **********92732 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, MMC-nin nümayəndəsinin iş materiallarında olan və məhkəmə iclasında verdiyi izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 21 iyul 2015-ci ildə **********2441 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac müddəti xüsusi gömük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında qalma müddəti 21 iyul 2021-ci ildə bitmiş, lakin həmin dövrdə hüquqi şəxs Şəxs tərəfindən bu yüklərin dogər gömrük proseduru altında yerləşdirilməsi tamamlanmamış, MMC tərəfindən ixrac müddəti bitdikdən sonra 01 il 09 ay 26 gün sonra, yəni 17 may 2023-cü il tarixdə **********92732 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına göndərilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 öz izahatında MMC tərəfindən törədilmiş inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə hüquqi şəxsin nümayəndəsinin MMC-nin AR İXM-nin 499.1.5-ci maddəsi ilə təqsirli hesab edilməsi üçün nəzərdə tutulmuş inzibati xətanın baş verdiyi müddətin başlanğıcının 21 iyul 2021-ci il tarixdən hesablanmasını qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, 21 iyul 2015-ci il tarixdə **********2441 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac müddəti xüsusi gömük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında qalma müddəti 21 iyul 2021-ci ildə bitmiş və AR İXM-nin 499.1.5-ci maddəsinin tərkibinn yaranması həmin müddətdən sonra nəqliyyat vasitələrinin bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması tələb olunur ki, hazırki halda da Şəxs 01 ədəd “DOOSAN DX300LCA” marjalı tamdönər tırtıllı ekskavator yükü 21 iyul 2021-ci il tarixədək idxal xüsusi gömrük proseduru üçün bəyan etməli olduğu halda 01 ildən artıq müddətə gecikdirməklə, yəni 17 may 2023-cü il tarixdə bəyan etmişdir və belə olan sözügedən inzibati xəta 22 iyul 2022-ci il tarixdən baş vermiş hesab olunmalı, inzibati məsuliyyətə cəlb etmə müddəti isə 22 iyul 2022-ci ildən tarixdən başlamaqla hesablanmalıdır ki, bu da inzibati xəta haqqında iş üzrə inzibati cəlb etmək üçün nəzərdə tutulmuş 01 illk müddətin hələ başa çatmamasına dəlalət edir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin dəlillərini əsassız hesab edir və hüquqi şəxsin AR İXM-nin 499.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin, yəni 255373,15 manat məbləğin 50% miqdarında-127.686,575 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3279/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3279/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver