Məhkəmə qərarları › İş №3(008)-3307/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3307/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3307/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokol daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən-protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən-protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim qərardad qəbul edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsinin hansı bəndi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qeyd edilməmişdir. Bundan başqa inzibati xəta haqqında materiala əlavə edilmiş qəbzin surətindən görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra onun tərəfindən 1000 manat ödəniş edilmişdir Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin tələbləri pozularaq tərtib edildiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər icra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 128 və 130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar