Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3309/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6, X1 iştirakları ilə, X1 Sabunçu rayon X18 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon X18 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 07:40 radələrində idarə etdiyi “Opel Vectra minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məmmədli yolunda üzü “Veysəloğlu” şirkəti istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə idi. Anidən qarşına yolda yaranmış eni təxminən 1 metr olan çuxur çıxdı. Həmin vaxt qarşı tərəfdən heç bir avtomobil gəlmirdi. Buna görə də həmin çuxurdan avtomobili qaçırmaq üçün sol tərəfə çəkdi. Həmin vaxt ondan arxada Reno markalı avtomobilin yüksək sürətlə gəldiyini gördü. Avtomobilinə dəyəcəyini hesab edib dərhal sağa çıxdı. Həmin avtomobil isə idarəetməni itirərək yolun sağ nahiyəsindəki işıq dirəyinə çırpılaraq dayandı. O, avtomobilini dərhal saxlayaraq aşağı düşdü və ona yaxınlaşdı. Avtomobilin sürcüsü də aşağı düşdükdən sonra avtomobilinə baxmağa başladı. Həmin vaxt onun avtomobilində sürücüdən başqa daha 3 nəfər şəxs də var idi. Onlar təxminən 10-15 dəqiqə orada söhbət etdikdən sonra oradan uzaqlaşdı. Həmin vaxt ərzində qəzanı törətmiş avtomobilin sürcüsü nə polis orqanlarına, nə də sığorta şirkətinə heç bir məlumat verməmişdi. Həmin gün saat 19:30 radələrində Anar adlı yol polis əməkdaşı ona zəng edərək onu hadisə törətdiyi və hadisə yerindən yayındığını və sabahı gün yol polisi şöbəsinə yaxınlaşmalı olduğunu bildirdi. Sabahı gün saat 12 radələrində Sabunçu rayon DYPŞ-yə getmişdir. Yol polisi əməkdaşı hadisədə onun təqsirli olduğunu bildirdi. O isə heç bir təqsirinin olmadığını bildirdi. xx.xx.2024-cü il tarixdə ona SMS bildiriş gəldi. Həmin bildirişdə onun barəsində protokol əsasında qərar qəbul edildiyi qeyd edilmişdir. Sabunçu rayon DYPŞ polis polkovnik-leytenantı X5 TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdə, saat 07:40 radələrində Məmmədli yolunda “Opel Vectra minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürcüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevretməyə görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəmdə 100 (yüz) manat məbləğində cərimə edilməyim haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Lakin qeyd olunan qərar qəbul edilərkən ona heç bir məlumat verilməmiş və iştirakı olmadan qərar qəbul edilmişdir. Həmin qərar protokol tərtib edildikdən 2 gün sonra qəbul edilmişdir. Bununla da onlar onun həmin protokoldan şikayət vermə hüququnu kobud şəkildə pozmuşdurlar. Belə ki, inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilsə də, inzibati tənbeh vermə barədə qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. O həmin qərarı xx.xx.2024cü il tarixdə əldə edə bilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində qeyd olunmuş qərardan şikayət etmə müddəti tərəfimdən ötürülməmişdir. Qeyd edilənlərdən görünür ki, Sabunçu rayon DYPŞ polis polkovnik- leytenantı X8 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı əsassız və qanunsuzdur. Sabunçu rayon DYPŞ polis polkovnik-leytenantı X2 qədər araşdırma aparmamış, zəruri sübutları əldə etmədən ehtimallara əsalanaraq və qanunun tələblərini düzgün qiymətləndirməyərək qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Sabunçu rayon DYPŞ polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və barəsində inzibati xəa haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək, Sabunçu rayon X18 Şöbəsi tərəfindən barəsində qanunsuz və əsassız olaraq qərar qəbul edildiyini, odur ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 izahat verərək, X7 yol hərəkəti qaydalarını pozması ilə bağlı videogörüntü təqdim edərək, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 xx.xx.2024-cü il tarixində saat 07:40-da Məmmədli yolu ərazisində “OPEL VECTRA” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 xx.xx.2024-cü il tarixində saat 07:40-da Məmmədli yolu ərazisində “OPEL VECTRA” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X7 izahatından görünür ki, özünə məxssu olan avtomobillə Məmmədli yolunda üzü Veysəloğlu anbarı istiqamətində hərəkətdə olarkən qarşıda dərin çuxur olduğu üçün avtomobili sola manevr edərək qarşı hərəkət istiqamətində 2 km çuxurdan sürətlə ötməkdə olan Renault markalı **-SY-*** nömrəli avtomobilin qarşısına keçmişdir. Bu zaman həmin avtombil sola çəkdikdə avtomobilin bir hissəsi torpaq yola çıxmış, idarəetməni itirib, sürüşərək yolun sağ hissəsindəki işıq dirəyinə çırpılmışdır. O, bir qədər qarşıda saxlayıb həmin avtomobilə yaxnınlaşmışdır. Özünü təqsirli hesab etmədiyi üçün və avtomobilə dəymədiyi üçün hadisə yerində heç bir yerə məlumat vermədən 10 dəqiqə sonra hadisə yerini tərk etmişdir. X9 izahatından görünür ki, 27 aprel 2024-cü il tarixdə saat 07:40-da Məmmədli yolunda özünə məxsus olan avtomobillə bir gediş bir gəliş istiqamətli olan yolda heç bir qadağanedici nişan və xətləmə olmayan yolda əvvəlcədən dönmək işığını yandıraraq ötmədə olarkən qəflətən ötüb keçmək istəmişdir. “OPEL VECTRA” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil sola manevr edərək ötmə zolağına keçərkən onun avtomobilinin sağ yan güzgüsü onun avtomobilin sol yan hissəsinə daymişdir. O, nə qədər sola çəkərək hətta avtomobilinin sol təkərlərinin kənarda torpaq yola qaçırtsa da, heç cür qəzadan qaçırtmaq mümkün olmamışdır. Bu səbəbdən sağ yan güzgüsü onun avtomobilinə toxunduqdan sonra idarəetməni itirmişdir. Avtomobil sürüşürək yolun sağındakı işıq naqilləri dirəyinə çırpılmış və onun avtomobilinin sol hissəsi yararsız vəziyyətə düşmüşdür. Həmin avtomobilin sürücüsü bir qədər qarşıda dayanıb ona yaxınlaşaraq manevr edərək onun avtomobilini görmədiyimi bildirmişdir. Sonradan həmin sürücü heç nə olmamış kimi avtomobilinə əyləşərək hadisə yerini tərk emiş və bir daha hadisə yerinə qayıtmamışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 ilə X9 izahatlarında bir birini təkzib edən halların olmasına baxmayaraq həmi xüsusatlar araşdırılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, X11 izahatında X9 idarə etdiyi avtomobilin onun idarə etdiyi avtomobilə toxunmadığını bildirmiş, lakin X13 izahatında X7 idarə etdiyi avtomobilin sağ yan güzgüsü onun avtomobilinə toxunması səbəbindən idarəetməni itirdiyini bildirmişdir. Bundan başqa X11 izahatında hadisədən sonra xeyli müddət hadisə yerində qaldığını, xəsarət almış avtomobilin sürücüsünün polisə məlumat vermədiyindən, sığorta çağırmadığından, özünü təqsirli bilməməsi səbəbindən hadisə yerindən getdiyini bildirmişdir. Göründüyü kimi, göstərilən ziddiyyətlər aydınlaşdırılmadan, hadisənin baş verməsindən sonrakı vaxtı əhatə edən video görüntüyə baxış keçirilmədən X11 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 şikayəti qismən təmin edilməli, Sabunçu rayon X18 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu rayon X18 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X7 şikayəti qismən təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətməsinə dair Sabunçu rayon X18 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Sabunçu rayon X18 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3309/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3309/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver