Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3325/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokoldan şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan-X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 18 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin işçiləri tərəfindən heç bir əsas olmadan onun barəsində inzibati xəta haqqında xx.xx.2023cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 03 may 2023-cü il tarixli MN ******* nömrəli Qərarı ilə ona əsassız olaraq Azərbaycan Respublikasının İXM-nin 253.1.1-ci maddəsi ilə 2200 manat inzibati cərimə yazılmışdır. Qeyd edilənlərə əsasən, barəsində tərtib edilmiş 03 may 2023cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edərək ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş 03 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 vəsatət təqdim edərək bildirmişdir ki, X5 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar poçt vasitəsilə həmin şəxsə göndərilmiş və X5 xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmişdir. X5 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardan şikayəti isə xx.xx.2023-cü il tarixdə vermişdir. Qeyd edilənlərə əsasən, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardad şikayət qanunla nəzərdə tutulan müddət ötürülməklə verildiyindən baxılmadan geri qaytarılmasını xahiş edirəm. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin qərarından şikayət verilməsi müddəti göstərilsə də, şikayət vermiş şəxsin qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmiş, məhkəməyə isə hazırkı şikayət xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar (barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər.) istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə həmin məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsinin tələbinə əsasən məhkəməyə təqdim edilmiş materiallar qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən, şikayət və ya protest verən şəxsin buraxılmış müddətin bərpası ilə bağlı vəsatəti olmadığından şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 130-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X3 qaytarılsın. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin onun barəsində qəbul etdiyi qərarı və həmin qərarın onun tərəfindən hansı tarixdə əldə edilməsinə dair sənədi şikayətə əlavə edərək yenidən şikayət ərizəsi ilə və ya müddəti bərpa barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3325/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3325/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver