Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3334/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar "xxxx" QSC-nin nümayəndəsi X1, 07 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxxxx 1963-cü il tarixdə Zəngilan rayonu, Bartaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər, Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Zəngilan rayon Rayon Məhkəməsinin 2(034)-347/2020 saylı, 05 noyabr 2020ci il tarixli icra vərəqəsini icra etmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Zəngilan rayon Rayon Məhkəməsinin 2(034)-347/2020 saylı, 05 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 5097,17 manat əsas borc, 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 göstərmişdir ki, Zəngilan rayon Rayon Məhkəməsinin 2(034)-347/2020 saylı, 05 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 5097,17 manat əsas borc, 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs xəbərdarlıq edilmişdir. Borclu Şəxs bu günə qədər yaranmış borcu ödəməkdən yayınır. Borclu Şəxs icra vərəqəsinin icrasından yayındığı üçün, tərəfindən inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır. Lakin borcu ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında tələbkar "xxxx" QSC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, borclu bu günə qədər icra vərəqəsi üzrə heç bir ödəniş etməmişdir. Borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs borcu ödəməkdən imtina etməməsini nəzərə alınmasını və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlaməti olmadığından inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin, onun müdafiəçisinin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, borclunun borc məbləği tam aydınlaşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-3334/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3334/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver