Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3353/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ /18240049 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ /18240049 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İXM-nin 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda, onun, xx.xx.2023-cü il tarixdə saat 08:39-da ünvan 1 ünvanında “Azsamand” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi halı müəyyən olunduğuna görə Azərbaycan Respublikası İXM-nin 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Lakin o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmişdir və xx.xx.2024-cü il tarixdə Azərbaycana qayıtmışdır. O, inzibati xəta hadisəsinin qeyd edildiyi zaman Azərbaycan Respublikası ərazisində olmamışdır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ /18240049 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edərək ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Baş X7 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri BPİ X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X5 barəsində xx.xx.2023-cü il tarixli EQ /18240049 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X1 məlumatlarından olan çıxarışdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə 19:37-də Azərbaycan Respublikası ərazisindən çıxış etmiş, xx.xx.2024cü il tarixdə saat 05:20-də Azərbaycan Respublikası ərazisinə giriş etmişdir. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli EQ /18240049 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərarda sübutlara istinad edilməmiş, X4 Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ /18240049 nömrəli inzibati tənbeh vermə haqqında qərarda heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 339.1-1-ci maddələri nəzərdə tutulan inzibati xətanı törətməsi, Zahid Xəlilovun həmin zaman nəqliyyat vasitəsini idarə etməsinin mümkünlüyü və ümumiyyətlə onun Azərbaycan Respublikası ərazisində olubolmaması araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X2 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin dispozisiyasında nəqliyyat vasitəsinin texniki baxışdan keçirmədən idarə etməyə görə məsuliyyət daşıması müəyyən edilsə də, inzibati xətanın qeydə alındığı xx.xx.2023-cü il tarixdə X5 Azərbaycan Respublikasında olmadığından onun həmin tarixdə nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən Bakı şəhəri, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində idarə etməsi istisna olunur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) video müşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinin tələbinə əsasən X3 şikayəti təmin edilməli və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 345.2-ci maddəsi ilə inzibati xətanın törədilməsini müəyyən edən sübutlar aşkar edilmədiyindən, əksinə X2 əməlində Azərbaycan Respublikası İXM-nin 345.2-ci maddəsinin tərkibi mövcud olmadığından Bakı şəhəri BPİ X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ /18240049 saylı ləğv edilməli, səlahiyyətli orqan tərəfindən işin icraatı üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan aparıldığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ /18240049 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3353/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3353/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver