Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3361/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 qızının katibliyi ilə, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayonu DYPŞ-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:10 radələrində Sabunçu qəsəbəsində, şəhər şossesində sürücü avtobusu özü-özünə hərəkət etməməsi üçün zəruri tədbirləri görməyərək avtobusu tərk edib, nəticədə avtobus özü-özünə geriyə hərəkət edərək əvvəlcə piyada Zərərçəkmiş şəxs1 dəymiş və sonrada arxasında dayanmış vəziyyətdə olan “DAEWOO BS” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun ön hissəsinə çırpılmışdır. Nəticədə piyada Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almış və nəqliyyat vasitələrinə maddi zərər yetirmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Bəkir Eyvazlı tərəfindən 29 may 2023-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış material Sabunçu RPİ-nin DYPŞ-si vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 29 may 2023-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla razı deyil, həmin qərardan şikayət vermişdir, xahiş edir ki, hazırki iş üzrə material geri qaytarılsın. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 may 2023-cü il tarixli qərardan şikayət verdiklərini bildirərək iş üzrə materialın geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən bu inzibati xəta haqqında protokol (prokurorun qərar) tərtib edildiyi vaxtdan 48 saat müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eləcə də iş materialını araşdıraraq hesab edir ki, material geri qaytarılmalıdır. Belə ki, Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Bəkir Eyvazlı tərəfindən 29 may 2023-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət verdiyini bildirərək, xəsarətinin daha ağır olmasını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Bəkir Eyvazlı tərəfindən 29 may 2023-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş şikayəti üzrə yekun qərar qəbul edilmədiyindən, işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X1ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə toplanmış material natamam olduğundan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X1ytarılsın. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3361/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3361/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver