Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3363/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Toyota Prius” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən Şəxs Bakıxanov qəsəbəsi Yavər Əliyev kücəsində hərəkətdə olarkən manevr qaydasını pozub təhlükəsiz şərait yaratmayıb piyada zolağında yolu keçən piyada X1 vurmuş və hadisə yerindən yayınmışdır. Nəticədə piyada Tarverdiyev Murad yüngül bədən xəsarəti almışdır. Protokol TŞ-nin HK-276 saylı qərarı əsasında tərtib edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.6-cı-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3, 100.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokolda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməmiş, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, inzibati xəta haqqında protokol təqdim edilməmişdir. Bununla da, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış, inzibati xəta haqqında iş üzrə icraat isə qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, Şəxs müəyyən edilməsi üçün tədbirlər görülmüş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Lakin bunu təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iş materiallarına inzibati xəta haqqında protokolda qeyd olunan tarixdə baş vermiş yol nəqliyyat hadisəsi üzrə ekspert rəyi əlavə edilməmişdir. Bundan başqa yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə Təhlükəsi Şəhər kamerasının olmasına baxmayaraq video-görüntü məhkəməyə təqdim olunmamışdır. İnzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Dövlət orqanının inzibati xəta haqqında protokol tərtib edərək inzibati xətanı törətməsini iddia etdiyi şəxsi müəyyən etmədən, inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının onun üçün müəyyən mənfi nəticələrin əmələ gəlməsi ehtimalını nəzərə almayaraq onun hüquqlarını təmin edəcək zəruri davranışları görmədən (izahatının alınmaması, hüquq və vəzifələrinin izah olunmaması, iş materialları ilə tanış edilməməsi, inzibati xəta haqqında protokolun təqdim olunmaması və.s), zəruri materialları əlavə etmədən inzibati xəta haqqında materialı məhkəməyə göndərməsi qanunvericiliyin tələblərinə zidd olmaqla məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmasını istisna edir. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi sözügedən inzibati xətanın subyektinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olduğu göstərilsə də, iş materiallarında Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələlərini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olunmadığından və materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3363/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3363/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver