Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-337/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əhmədova Göyçək Vahid qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Sabunçu RPİ DYPŞnə tərəfindən İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəmədə araşdırılarkən müəyyən olundu ki, Şəxs ona tərtib olunmuş xx.xx.2022-ci il tarixli EQ 10971344 saylı inzibati protokol əsasında ona tətbiq olunmuş cəriməni qanunla müəyyən olunmuş əsaslar olmadan 3 aydan artıqdır ki, ödəmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğuna görə ümumilikdə 50 manat miqdarında cərimə olunması barədə qərar qəbul edilmişdir. Şəxs barəsində tətbiq edilmiş cəriməni qanunla müəyyən edilmiş 3 ay müddətində ödəmədiyinə görə barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Sabunçu RPİ DYPŞ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişlər və işin təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EQ 10971344 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələblərini pozduğuna görə ümumilikdə 50 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında Şəxs barəsində tərtib olunmuş protokol əsasında tətbiq olunmuş cərimənin ödənilməsi barədə məlumat yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3, 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-337/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-337/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver