Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3370/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2-ci maddəsi ilə "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi tərəfindən göndərilmiş Bakı şəhər Sabunçu Rayon 31-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 262.2-ci maddəsinə əsaslanaraq tərtib edilmiş inzibati material baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs tərəfindən inzibati xəta ünvan 1 ünvanında törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. İnzibati xəta haqqında tərtib edilmiş protokoldan görünür ki, Şəxs tərəfindən inzibati xəta ünvan 1 ünvanında törədilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİ : Şəxs barəsində inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev ev
Məhkəmə qərarları › İş №3(008)-3370/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3370/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver