Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3371/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin nümayəndəsi X1 ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 275.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00100-01556/** EP ***9589 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına İran İslam Respublikasından 12AA539/12AA540 nömrəli yük nəqliyyat vasitəsində 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********1423 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “bir dəfə istifadə üçün nəzərdə tutulmuş plastmasdan qablar” yüklərin “X5” haqqında 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədi ilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-015/0xxxx/003406 nömrəli xx.xx.2023-cü il tarixli məktubla BBGİ-yə göndərilmiş ekspert rəyinə əsasən Şəxs MMC-nin adına 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 1-ci və 2-ci mövqelər üzrə idxal edilmiş malların polietilentereftalat əsaslı termoplastik polimər materialdan hazırlanmış, üzəri çap olunmamış, rəngsiz, şəffaf, müxtəlif həcmli stəkanlar olub “Ətraf mühitin mühafizəs haqqında 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan edilmiş malların siyahısına aid olduğu müəyyən edilmişdir. Araşdırma zamanı aşkar edilən faktla bağlı Şəxs MMC-nin direktoru olan Azərbaycan Respublikası vətəndaşı X1 xx.xx.2023-cü il tarixdə izahatı alınmış, o, malların sifarişini özünün verdiyini, sövdələşmənin Türkiyə Respublikasının “Yalçıntaş Makina Ticaret Limited” şirkəti ilə aparıldığını və malların həmin şirkətin tapşırığına əsasən İran İslam Respublikasın “X4” şirkətindən göndərildiyini, sözügedən malları satmaq məqsədi ilə idxal etdiklərini, həmin malların meyvələrin qablaşdırılması üçün nəzərdə tutulduğunu, ilk dəfədir ki, qeyd edilən qablardan idxal etdiklərini, X3 İdarəsinin rəyi ilə razı olmadıqlarını, bu səbəbdən Şəxs MMC-nin adına İran İslam Respublikasından 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş mallar üzrə təkrar gömrük ekspertizasının keçirilməsini xahiş etdiklərini, ona görə ki, idxal etdikləri plastik qabların ekspertiza idarəsinin rəyində göstərilən kimi stəkan olmadığını və qeyd edilən malların müxtəlif meyvələrin qablaşdırılması üçün nəzərdə tutulduğunu, bu səbəbdən də həmin malların “X5” haqqında 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşmədiyini hesab etdiklərini bildirmiş və sözügedən mallar üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. İş üzrə Şəxs MMC-nin əməlinə hüquqi qiymət verilməsi və aşkar edilən fakt üzrə işin hallarının müəyyən edilməsi məqsədi ilə 1209 nömrəli xx.xx.2023-cü il tarixli invovs üzrə idxal edilmiş malların “X5” haqqında 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşmədiyinin müəyyən edilməsi üçün təkrar müvafiq ekspertiza tədqiqatlarının aparılmasından ötrü xx.xx.2023-cü il tarixdə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-015/0xx-xx/003551 nömrəli xx.xx.2023cü il tarixli məktubla BBGİ-yə göndərilmiş təkrar ekspertiza rəyinə əsasən “ROCCO GROUP MMC tərəfindən 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 1-ci və 2-ci mövqelər üzrə idxal edilmiş ümumilikdə sayı 400000 (dörd yüz min) ədəd olan “bir dəfə istifadə üçün nəzərdə tutulmuş plastmasdan qablar” yüklərinin “X5” haqqında 08 iyun 1999-cu il Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşdüyü və Azərbaycan Respublikasına idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan edilmiş mallara aid olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC-nin direktorudur. Rəhbəri olduğu Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasına birdəfəlik məhsulların, yəni, əlcəklərin, stəkan, falqa, streç filmlərin idxalı və həmin məhsulların Bakı şəhərində topdan və pərakəndə satışını təşkil etməkdən ibarətdir. Sonuncu dəfə Şəxs MMC-nin adına İran İslam Respublikasından 12AA539/12AA540 nömrəli yük nəqliyyat vasitəsində 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə “bir dəfə istifadə üçün nəzərdə tutulmuş plastmasdan qablar” yükləri idxal edilmiş və həmin mallar Bakı Baş Gömrük İdarəsində **********1423 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Direktoru olduğum Şəxs MMC-nin adına İran İslam Respublikasından 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş mallar "plastic fruit box” adlı qablardır, belə ki, həmin mallar X3 İdarəsinin rəyində göstərilən kimi stəkan deyil, qeyd edilən mallar müxtəlif meyvələrin qablaşdırılması üçün nəzərdə tutulmuşdur. Hesab edir ki, qeyd edilən mallar stəkan olmadığına görə "X5” haqqında 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşmür. Bu halın nəzərə alınmasını xahiş edir. Sözügedən malların sifarişini MMC-nin direktoru kimi özü verib. Belə ki, sövdələşmə Türkiyə Respublikasının “Yalçıntaş Makina Ticaret Limited” şirkəti ilə aparılıb və mallar həmin şirkətin tapşırığına əsasən İran İslam Respublikasın “Sanaye plastic Khouzestan” şirkətindən göndərilib. Bir daha qeyd edir ki, sözügedən malları satmaq məqsədi ilə idxal edib. Həmin mallar meyvələrin qablaşdırılması üçün nəzərdə tutulub və hal-hazırda Bakı şəhərində yerləşən müxtəlif ticarət bazarlarında da qeyd edilən qablardan satışda var. İlk dəfədir ki, qeyd edilən qablardan idxal edir. Lakin analoji mallardan Azərbaycan Respublikasında müxtəlif ticarət bazarlarında satışda var. Bir daha bildirir ki, X3 İdarəsinin rəyi ilə razı deyil. Bu səbəbdən Şəxs MMC-nin adına İran İslam Respublikasından 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş mallar üzrə təkrar gömrük ekspertizasının keçirilməsini xahiş edir. Ona görə ki, idxal edilən plastik qablar ekspertiza idarəsinin rəyində göstərilən kimi stəkan deyil, qeyd edilən mallar müxtəlif meyvələrin qablaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən də həmin malların X5” haqqında 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası qanunun 46-cı maddəsinin təsir dairəsinə düşmədiyini hesab edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən şəxsi dinləyib, inzibati protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərərk hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir və inzibati xəta haqqında EP ******* saylı, 16 iyun 2023-cü il tarixli protokola əsasən, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X3 İdarəsinin xx.xx.2023-cü il tarixli, 2200-015/0xx-xx/003406 saylı rəyindən görünür ki, Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 1209 saylı xx.xx.2023-cü il tarixli invoysun 1-ci və 2-ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr “Fruit Box .400”, “Fruit Box 500” adlı polietilentereftalat (CAS 25038-59-9) əsaslı termoplastik polimer materialdan hazırlanmış, üzəri çap olunmamış, rəngsiz, şəffaf, müxtəlif həcmli stəkanlar Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “X5” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. İnvoysun 3-cü mal mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümunə “Lid" adlı polietilentereftalat (CAS 25038-59-9) əsaslı termoplastik polimerdən hazırlanmış rəngsiz, şəffaf, dəlikli, birdəfəlik stəkanlar üçün nəzərdə tutulan plastmas qapaqlar olub Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “X5” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid deyil. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X3 İdarəsinin xx.xx.2023-cü il tarixli, 2200-015/0xx-xx/003551 saylı təkrar rəyindən görünür ki, invoysun 1-ci və 2-ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr “Fruit Box 400CC", “Fruit Box 500CC’’ adlı polietilentereftalat (CAS 25038-59-9) əsaslı termoplastik polimer materialdan hazırlanmış, üzəri çap olunmamış, rəngsiz, şəffaf, tutumları 400 ml və 500 ml həcmli olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik stəkanlar olub Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “X5" haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Qanunun 46-cı maddəsində birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkanlar adı ilə göstərilmişdir. Bu səbəbdən, yükə dair verilmiş nümunələr qanunvericiliyin təsir dairəsinə bilavasitə aid edilir. İnvovsun 3-cü mal mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümunə “Lid” adlı polietilentereftalat (CAS 25038-59-9) əsaslı termoplastik polimerdən hazırlanmış rəngsiz, şəffaf, dəlikli, birdəfəlik stəkanlar üçün nəzərdə tutulan plastmas qapaqlar olub Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “X5” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid deyil. Sözügedən qanunvericiliyin müvafiq maddəsində birdəfəlik istifadə üçün adları qeyd olunan malların siyahısına plastik qapaqlar aid edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə protokoldan görünür ki, X2 21 vərəqdən barət olan 00100-01556/23 saylı iş materialları ilə tanış olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 151.1-ci maddəsinin 4-cü bəndinə əsasən gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. X5 haqqında qanuna əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim (məhkəmə) tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iş materiallarında olan X3 İdarəsinin xx.xx.2023-cü il tarixli və cəmiyyətin direktorunun müraciəti əsasında X3 İdarəsinin xx.xx.2023-cü il tarixli ekspert rəyləri ilə Şəxs MMC-nin adına 1209 nömrəli xx.xx.2023-cü il tarixli İran İslam Respublikasından 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 1-ci və 2-ci mövqelər üzrə idxal edilmiş “Fruit Box 400CC", “Fruit Box 500CC’’ adlı polietilentereftalat (CAS 25038-59-9) əsaslı termoplastik polimer materialdan hazırlanmış, üzəri çap olunmamış, rəngsiz, şəffaf, tutumları 400 ml və 500 ml həcmli olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ümumilikdə sayı 400000 (dörd yüz min) ədəd “bir dəfə istifadə üçün nəzərdə tutulmuş plastmasdan qablar”ı “X5 haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına daxildir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək adına İran İslam Respublikasından 1209 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 1-ci və 2-ci mövqelər üzrə idxal edilmiş “Fruit Box 400CC", “Fruit Box 500CC’’ adlı polietilentereftalat (CAS 25038-59-9) əsaslı termoplastik polimer materialdan hazırlanmış, üzəri çap olunmamış, rəngsiz, şəffaf, tutumları 400 ml və 500 ml həcmli olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ümumilikdə sayı 400000 (dörd yüz min) ədəd “bir dəfə istifadə üçün nəzərdə tutulmuş plastmasdan qablar” müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3371/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3371/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver