Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3384/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 izahatında bildirmişdir ki, o, hadisə günü heç bir yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməmişdir. Onun hərəkət etməsini qadağan edən heç bir yol-hərəkət nişanı olmamış və o, qanunu pozmadan yoluna davam etmişdir. O, “Araz Market”in qarşısından soldan avtomobil gəlmədiyini görərək köməkçi yola çıxmış və yol patrul əməkdaşı əsassız olaraq onu saxlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Xahiş edir ki, həmin protokol əsasında tərtib edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqqında iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru Nümayəndə bildirmişdir ki, o, 07 may 2024-cü il tarixdə vətəndaşı yol-hərəkəti qaydalarını pozmasına görə saxlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, inzibati xətanın baş verdiyi yerdə svetafor olmuş, lakin sürücü həmin svetaforun yaşıl işığını gözləmədən öz hərəkətini davam etdirmişdir. Bunu təsdiq edən videogörüntü də mövcuddur. Vətəndaş həmin ərazidə svetafor olmadığını göstərsə də, həmin ərazidə svetaforun olması hadisə yerinə baxış keçirilməklə də müəyyən oluna bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 07 may 2024-cü il tarixdə, saat 23:05-də radələrində idarə etdiyi “Kia Ceed” minik markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və bununla da AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru Nümayəndə tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, ““Kia Ceed” minik markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü svetaforun yaşıl işığının yanmasını gözləmədən öz hərəkətini davam etdirərək sola dönmüş və bu zaman yolpatrul əməkdaşı tərəfindən saxlanılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş videodiskdə olan görüntünü tədqiq edərək məhkəmə «Kia Ceed” minik markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 marketin qarşısından hərəkətə başlayaraq hərəkət edən zaman sola dönmədən öncə svetaforun yaşıl işığı yanmadan hərəkətini davam etdirərək sola dönməsini və onun həmin əməlinin AR İXM-nin 327.2-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq X1 əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN X5 Polis Şöbəsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3384/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3384/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver