Məhkəmə qərarları › İş №3(008)-3421/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3421/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3421/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə 21 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 18 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs söymüş və nəticədə ictimai qaydanı pozaraq səs-küy salmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin polis sahə rəisi X3 protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, həm barəsində inzbati iş üzrə icraat aparılan şəxsi, həm də zərərçəkmiş şəxsi tanıyır. 05 ildir ki, onlar arasında davam edən mübahisə var. Bir neçə dəfə onlar polis bölməsində olmuşlar. Bununla yanaşı barəsində inzibati qaydada icraat aparılmış şəxs məhkəmənin qərarı ilə inzibati tənbeh almışdır. Hazırki işlə bağlı 102 xidmətinə daxil olmuş zəng əsasında tərtib olunmuş raporta istinad edərək Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, hadisə günü o, Zərərçəkmiş şəxs iş yerinə gələrək sonuncu tərəfindən ona şər-böhtan atılması ilə bağlı və əvvəllər aralarında olmuş problemlərlə bağlı onunla söhbət etmək istəmiş, lakin Zərərçəkmiş şəxs buna razı olmamış və polis çağıracağını bildirmişdir.Bu zaman aralarında mübahisə yaranmış və Şəxs konkret olaraq hər hansı şəxsə ünvanlanmayan söyüş söymüşdür. Lakin o, həmin vaxt ucadan danışmamış və ictimai qaydanı pozmamışdır. Sədrlik edənin sualına cavab olaraq Şəxs hadisə vaxtı ətrafda təxminən 4-5 nəfər şəxsin olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun qaynıdır və bir müddət onun rəhbərlik etdiyi zavodda işləymişdir. Daha sonra müəyyən səbəblərdən dolayı işdən çıxarıldıqdan sonra aralarında mübahisə yaranmış, dəfələrlə zavoda gələrək səs-küy salmış, və iş rejimini pozmuşdur. Hadisə günü Şəxs növbəti dəfə zavoda gəlmiş, onu çölə çağıraraq mübahisə etməyə başlamış, ünvanına nalayiq sözlər işlətmişdir. Həmin vaxt hadisəyə orada olan şəxslər də şahid olmuşlar. O, da 102 xidmətinə zəng edərək şəxs barədə şikayət etmişdir. Daha sonra barəsində icraat aparılan şəxs polis əməkdaşları tərəfindən 15-ci Polis Bölməsinə aparılmışdır. Məhkəmə iclas zalına şahid qismində dəvət olunmuş Şahid1 bildirmişdir ki, o, hadisə günü Zərərçəkmiş şəxslə birlikdə olmuşdur. Şəxs Zərərçəkmiş şəxslə danışmaq üçün gəlmiş və aralarında mübahisə yaranmışdır. Bu zaman o, barəsində icraat aparılan şəxsin münaqişə yaratdığının və söyüş söydüyünün şahid olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs 102 xidmətinə zəng etdikdən sonra 15-ci Polis Bölməsinin əməkdaşları Şəxs Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, hadisə günü o, marketə getmiş və marketdən çıxarkən səs-küy eşitmişdir. O, həmin əraziyə yaxınlaşan zaman Rövşənin Samiqlə mübahisə etdiyini, söyüş işlətdiyinin şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 21 may 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 18 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs söymüş və nəticədə ictimai qaydanı pozaraq səs-küy salmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim olunmuş hadisənin baş verdiyi zavodun yanında yerləşən obyektin üzərində quraşdırılmış kamera görüntülərinin əks olunduğu “CD” diskdəki görüntülərlə müəyyən olunur ki, Şəxs ilkin olaraq qarşısında dayanmış şəxslə söhbət etmiş, bir qədər sonra əsəbi və aqressiv şəkildə onunla danışmağa davam etmiş, həmin vaxt onların yanında bir nəfər kənar şəxs olmuş, kənarda isə onun mübahisə etdiyini görən şəxs həmin əraziyə yaxınlaşmış, bir qədər sonra isə post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlmişlər və bununla da mübahisə bitmişdir. Şəxs iş materiallarında olan yazılı izahatından görünür ki, o, hadisə günü Zərərçəkmiş şəxslə aralarında mübahisə olduğunu, bir dəfə ucadan yalan danışan şəxsin ünvanına söyüş söydüyünü bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatları, məhkəməyə təqdim edilmiş videodiskdə olan görüntülər və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs Zərərçəkmiş şəxs deyil, ümumi olaraq söyüşdən istifadə etdiyini, ucadan danışmadığını bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tamamilə təkzb edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən görünür ki, xırda xuliqanlıq xətasının tərkibinin mövcud olması ictimai qaydanı pozan hərəkətlərin törədilməsi zəruridir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Məhkəməyə təqdim edilmiş kamera görüntüləri və şahid ifadələri ilə Şəxs olduğunun əsəbi və aqressiv formada mübahisə etməsi, hadisə yerində başqa şəxslərin olması, onun ucadan danışması nəticəsində hadisə yerinə kənar şəxsin gəlməsi, müəyyən olunmuşdur ki, bu da Rövşənm Nəcəfov tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 70 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar