Məhkəmə qərarları › İş №3(008)-3440/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3440/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3440/2021 19.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, X1 iştirakı ilə, 30.04.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan- X3 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin 25.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin 25.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılsa da, qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, 03 sentyabr 2020-ci il tarixində, saat 13:00 radələrində, idarə etdiyi və istifadəsində olan **-UM-*** dövlət qeydiyyat nömrə nişanlı “Opel Vektra” markalı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsi ərazisində “Four Season” otelinin qarşısındakı işıqforun qırmızı işığında dayanıb yaşıl işığının yanmasını gözləyərkən həmin vaxt “Dəniz Mall’a iş yerinə gedirdi. Yaşıl işıq yananda avtomobili hərəkətə gətirmək istəyən zaman avtomobilin mühərriki söndü. Bu vaxt yaxınlıqda xidmət aparan X12 əməkdaşı X4 adlı polis baş serjantı mühərrikin çətinliklə işə düşdüyünün şahidi oldu. Bu səbəbdən avtomobillərin hərəkətində təxminən 1 dəqiqəlik tıxac yarandı. Kəmaləddin adlı əməkdaş onun içkili olub-olmadığını soruşduqda bildirdi ki, içkili deyil. Kəmaləddin (Kamal) adlı polis əməkdaşı, avtomobili yoldan kənara çəkib əlində tutduğu “alko-test”dən keçməyini tələb etdi. İrad bildirmədən “alko-test”dən keçib avtomobilə yaxınlaşdı. Kəmaləddin adlı əməkdaş (qiyabi olaraq Kamal kimi tanıdığı) ona “alko-test” olan nəticəni göstərməyib sərxoş olduğunu dedi və ratsiya vasitəsilə yol kənarda dayanan xidməti maşında xidmət aparan digər əməkdaşa komandir içkilidir deyə müraciət etdi. Sonra X11 məxsus və yan nömrəsi 410 olan “Mersedes” markalı avtomobildən Kəmaləddinin komandir kimi müraciət etdiyi Dayandur adlı digər əməkdaş yaxınlaşaraq alko-testdən keçməyini tələb etdi. O, həmin alko-testdən də keçmiş və 0.418% alko göstərici ilə nəticələndi. O, spirtli içki qəbul etmədiyini və bu nəticə ilə razılaşmadığını, bunu sübut etmək üçün özlərinin alko-testdən keçməsini xahiş etmiş, lakin imtina etdilər. Kəmaləddin ona dedi ki, narahat olma, komandir tapşırıb ki, sənə kömək edək. Bakı şəhər X11 getməyi məsləhət gördü və özünün diktəsi ilə yanlış izahat yazdırdı. Belə ki, həmin izahatda guya o, “bundan sonra spirtli içki içərək sükan arxasına əyləşib avtomaşını idarə etməyəciyinə söz vermiş və həmin vaxt içkili halda avtomaşını idarə etdiyi üçün peşman olmuşdur. Bundan əlavə alkotesterin nəticəsi ilə razı olduğunu və həkimə getməyə ehtiyac olmadığını” göstərmişdir. Sonra avtomobili cərimə meydançasına apardılar. Daha sonra o, dərhal “Nizami” metrostansiyasının yaxınlığında yerləşən tibbi müayinə məntəqəsinə yaxınlaşaraq 2 dəfə təkrar müayinədən keçmişdir. Həkimə 20.09.2012-ci il tarixdə saat 11-12 radələrində 330ml təxmini spirt dərəcəsi 6% olan pivə içdiyini desə də, həkim yoxlanış anında 6% spirtin saat etibarı ilə 0% olduğunu keçdiyi alqotessterlə sübut edərək “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”-nin 2/13903 nömrəli, 113.09.2020-ci il tarixli aktı ilə təsdiqlədi. Həmçinin bildirmək istəyir ki, barəsində tərtib olunmuş 03.09.2020-ci il tarixli. İXP3507632 nömrəli protokola əsasən 25.05.2021-ci il tarixdə TP ******* nömrəli qərar qəbul edilərək İXM-nin 331.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. O, sözügedən qərar ilə razı deyil və hesab edir ki, 25.05.2021-ci il tarixli, İXP3507632 nömrəli protokola əsasən qəbul olunmuş TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi 25.05.2021-ci il tarixli, TP ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin 25.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X6 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X5 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı: 25.05.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar