Məhkəmə qərarları › İş №3(008)-3498/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3498/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3498/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, "xxxx" MMC-nin direktoru X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 30 iyul 2021-ci il tarixli, MN №0461593 saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin qəbul etdiyi 30 iyul 2021-ci il tarixli, MN №0461593 saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X4 izahatında bildirmişdir ki, o, 19 avqust 2020-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, 30 iyul 2021-ci tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə yəni, "xxxx" MMC-nin direktoru X4 tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin şəraiti ilə təmin edilməməsi nəticəsində barəsində tənbeh növü kimi 700 (yeddi yüz) manat məbləğində cərimənin tətbiq olunması qərara alınmışdır. Qərarın surəti rəsmi qaydada 02 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti tərəfindən təqdim olunmuşdur. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir: İlk növbədə məhkəmənin diqqətin çatdırır ki, qeyd olunan qərarla razı deyil. Belə ki, həmin məsələ ilə bağlı, yəni işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizə şəraiti ilə təmin edilməməsi ilə barəsində "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış və hal-hazırda həmin cinayət işi Abşeron Rayon Məhkəməsində baxılmaqdadır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidmətinin nümayəndəsinə bildirsə də sözlərinə məhəl qoymayaraq əvəzində “məhkəməyə şikayət verərsiniz əsassızdırsa məhkəmə ləğv edər” bildirmişdir. Onun barəsində olan cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılır və iş üzrə yekun məhkəmə aktı hələ də çıxarılmamışdır. Hesab edir ki, müvafiq cinayət işi üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti inzibati tənbeh vermə haqqında qərarı qəbul edilə bilməzdi. Məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN №0461593 sayll, 30 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 şikayət ərizəsinə etiraz edərək müvafiq subutlar təqdim edilmədiyindən rədd edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 30 iyul 2021-ci il tarixli, MN № ******* saylı qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilərək o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199cü maddəsinə əsasən 700 manat məbləğində cərimə olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” 30 iyul 2021-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi tərəfindən məhkəməyə təqdim olunmadı. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 30 iyul 2021-ci il tarixli MN № ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə "xxxx" MMC-nin direktoru X1 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99- 100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin «inzibati tənbeh vermə haqqında» 30 iyul 2021ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar