Məhkəmə qərarları › İş №3(008)-3503/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3503/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3503/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Hüquqi şəxs “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxsi”nin səlahiyyətli nümayəndəsi Nümayəndə, Hüquqi şəxs “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci” X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokola əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları verməmişdir. Məhkəmə iclasında iştirak edən “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxsi”nin səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, şirkətin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan məlumatı olmamışdır. Hyundai Sonata minik markalı, 10JH855 dövlət qeydiyyat nişanlı avtomobil şirkətə məxsusdur. Həmin avtomobili, ümumiyyətlə şirkətin mülkiyyətində olan avtomobilləri idarə edən şəxslər barədə məlumatı ilin əvvəlində BDYPİ-nə təqdim olunur. Lakin onlara Sabunçu RPİ-dən xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatın verilməsinə dair hər hansı rəsmi bildiriş daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxs mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 10PD665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə idarə etmiş fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən “Hyundai Sonata” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxs”indən xahiş olunmuşdur; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquq şəxs “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxsi” mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 10PD665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir; Elektron məlumat sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxs-nin hüquqi ünvanı AZ1040, ünvan 2rbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, hüquqi şəxsin nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxsi” tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən hüquqi şəxsə ünvanlanmış sorğunun hüquqi şəxs tərəfindən qəbul edilməsini təsdiq edən xəbərnamə imzalansa da, sənədi qəbul edən şəxsin ad, soyad, vəzifəsi göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bundan başqa məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi onlara inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatların təqdim edilməsinə dair sorğu daxil olmadığını bildirmişdir. Həmçinin, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı inzibati icraat zamanı təmin olunmadan, izahatı alınmadan barəsində inzibati xəta haqqında tərtib olunmuş protokol və məktub ünvanlarına rəsmi qaydada göndərilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu RPİ-nin DYPŞ-nin sorğu məktubunu və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu qəbul etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxs”nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı X1 Hüquqi Şəxs”in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar