Məhkəmə qərarları › İş №3(008)-3514/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3514/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3514/2021 10.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, X4 Camal oğlunun iştirakı ilə, 03 iyul 1976-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 10, mənzil 101-də qeydiyyatda olan və yaşayan-X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 23 iyul 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 23 iyul 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 izahatında göstərmişdir ki, 23 iyul 2021-ci il tarixdə avtomobilini növbəti texniki baxışdan keçirtmək üçün Sabunçu rayonu ərazisində yerləşən texniki baxış şöbəsinə getmişdir. Orada ona bildirmişlər ki, ora gələn zaman DYP kamerası tərəfindən texniki baxışdan vaxtında keçmədiyinə görə qeydiyyata alınaraq 50 manat məbləğində cərimə olunmusunuz. O orada etiraz edərək bu günə qədər heç bir xəbərdarlıq almadığını bildirsə də, onlar bunu nəzərə alamayaraq maşınını texniki baxışdan keçirməmişlər. Hesab edir ki, barəsindən qanunsuz olaraq qərar qəbul edilərək cərimə olunmuşdur. Bu günə qədər texniki baxışdan keçməyi ilə bağlı heç bir bildiriş almamışdır. Məhkəmədən şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şikayətçi X5 oğlunun izahatını dinləyib, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 23 iyul 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini və əsaslığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 23 iyul 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqın da iş üzrə icraat aparılan X5 oğlu 23 iyul 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Qərarın ləğv olunması üçün X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 23 iyul 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv olunması barədə şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 23 iyul 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin olunmasın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar