Məhkəmə qərarları › İş №3(008)-3516/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3516/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3516/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 09 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 14 mart 2024-cü il tarixində Şəxs MMC-də atmosfer havasına atılan zərərli qaz qarışıqları miqdarı müəyyən etmək üçün ANKAT 64M3-03 cihazı vasitəsilə XKEMİ-nin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılmış nəticədə dəm qazı CO-20,7 mq/m3 (norma:5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinın aparıcı müfəttişi X3 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 14 mart 2024-cü il tarixində Şəxs MMC-də atmosfer havasına atılan zərərli qaz qarışıqları miqdarı müəyyən etmək üçün ANKAT 64M3-03 cihazı vasitəsilə XKEMİ-nin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılmış nəticədə dəm qazı CO-20,7 mq/m3 (norma:5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 09 aprel 2024-cü il tarixli 109 nömrəli Aktdan görünür ki, idarənin xx.xx.2024-cü il tarixi 079 nömrəli sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Çağrı mərkəzi”nə vətəndaş Hafiz İsayev tərəfindən daxil olmuş xx.xx.2024-cüil İD-21817 və xx.xx.2024-cü il tarixli İD-22309 nömrəli mürəciətdə qeyd olnanlarla bağlı Sabunçu rayonu, ünvan 1 ünvanında fəaliyyət göstərən “Lava” hamamından atmosfer havasına mənfi təsirlərin müəyyən edilməsi məqsədi ilə X2 idarəsinin mütəxəssislərinin iştirakı ilə tərəflərindən monitorinq keçirilmişdir. Monitorinq zamanı hamamda yanacaq növü kimi odundan istifadə olunduğu və tüstü bacası ilə şikayətçinin evinin arasındakı məsafənin təqribən 10-15 metr olması müəyyən olunmuşdur. Atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müyyən etmək məqsədilə hamam fəaliyyətdə olan müddətdə tüstü bacasının yaxınlığında təqribən 5-7 metr məsafədə ANKAT 64M3-03 cihazı vasitəsilə XKEMİ-nin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılmış nəticədə dəm qazı CO-20,7 mq/m3 (norma:5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Monitorinq İdarəsi tərəfindən 14 mart 2024-cü il tarixli 001603 nömrəli Aktdan görünür ki, hamamda yanacaq növü kimi odundan istifadə edilir. Əraziyə keçirilən baxış zamanı hamamın tüstü bacasının şikayətçilərin evləri ilə təxminən 10-15 metr məsafədə olduğu müəyyən olunmuşdur. Monitorinq ölçmə işləri “Lava” hamamı fəaliyyətdə olan məsafədə ANKAT 64M3-03 cihazı vasitəsilə aparılmışdır. Ölçmənin nəticələrinə görə, dəm qazı CO-20,7 mq/m3 (norma:5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müyyən edilmişdir. “Lava” hamamının yerləşdiyi ünvan 2 ünvanından əldə edilmiş kassa çekindən görünür ki, həmin istirahət mərkəzi Şəxs MMC-ə məxsus olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-də atmosfer havasına atılan zərərli qaz qarışıqları miqdarı müəyyən etmək üçün ANKAT 64M3-03 cihazı vasitəsilə XKEMİ-nin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılmış nəticədə dəm qazı CO-20,7 mq/m3 (norma:5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müyyən edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsulliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Məhdud Məsulliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10500 (on min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar