Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3527/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əəlavə olunmuş sənədlərə məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vəzifəli şəxs X2 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-23424/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Bu fakt DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-23424/2025 nömrəli xəbərdarlıq məktubu və "xxxx" MMC-nin sistem üzrə çıxarışı ilə təsdiq edilir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş etmiş orqanın nümayəndəsi və Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, elektron kabinetə daxil olduqdan sonra inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla tanış olmuşdur. Tərəflərindən inzibati tənbeh vermə haqqında qərarla nəzərdə tutulmuş məbləğ tam formada ödənilmişdir. Cərimə məbləği tam formada ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı № ******* saylı qərardan görünür ki, X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X2 AR İXM-nin 198.1.5, 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 900 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, X2 barəsində AR İXM-nin 198.1.5 və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında AR ƏƏSMN DƏMX tərəfindən X1 cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. AR İXM-nin 150.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən fiziki şəxslər barəsində onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qeyd edilənlərə əsasən X3 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar AR İXM-nin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədilə Sizə göndərilir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X2 tərəfindən 900 manat məbləğində cərimə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. AR İXM-nin 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. İş materiallarına X3 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın AR İXM-nin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsini nəzərdə tutan "xxxx" MMC-yə ünvanlanmış məktub əlavə edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən qeyd edilən məktubun hüquqi şəxs tərəfindən alınmasını və həmin məktubdan, ümumiyyətlə inzibati tənbeh vermə haqqında qərardan məlumatlı olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bunu təsdiq edən sübut olmadığı halda hüquqi şəxsin inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsində təqsirli bilinərək məsuliyyətə cəlb olunması təqsirsizlik prezumpsiyası prinsipinin tələblərinə ziddir. Hüquqi şəxsin qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün ilk növbədə onun inzibati tənbeh vermə haqqında qərar, həmin qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsinə dair müvafiq səlahiyyətli orqanın rəsmi göstərişindən məlumatlı olması lazımdır ki, daha sonra onun həmin qərarın icrası istiqamətində tədbirlər görmədiyi halda bununla bağlı onu ittiham etmək mümkün olsun. Hüquqi şəxsin məhkəməyə ünvanladığı ərizədən də görünür ki, onun inzibati tənbeh vermə haqqında qərardan protokol məhkəməyə daxil olduqdan sonra məlumatı olmuşdur. Bunun əksini, yəni həmin vaxta qədər hüquqi şəxsin inzibati tənbeh vermə haqqında qərardan və onun icrası ilə bağlı zəruri tədbirlərin görülməsinə dair müvafiq orqanın məktubundan məlumatlı olmasını təsdiq edən sübut isə inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bunu sübut etmək vəzifəsi isə nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də məhkəmənin üzərinə düşür. Məhkəmə ehtimallar əsasında qərar qəbul edə bilməz. Əgər bu ehtimalları aradan qaldıracaq kifayət qədər mötəbər sübutlar təqdim olunmayıbsa, məhkəmə bütün şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edən şəxsin xeyrinə həll edərək qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3527/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3527/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver