Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3547/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(008)-2080/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməyərək ümumilikdə 16.000 manat borcunu ödəməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, tərəfindən aparılmış hesablama nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(008)-2080/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs bu günə olan borcu 16000 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmış və borcluya borcu ödəməsi təklif edilmişdir. Borclu məhkəmə qətnaməsindən şikayət verdiyindən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat dayandırılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən icra sənədi üzrə icraat təzələnərək icra hərəkətləri davam etdirilmişdir. Borluya borcunu ödəməsi təklif edilmişdir. Bundan sonra Şəxs xx.xx.2025-ci il tarixə qədər hissəhissə 2000 manat ödəniş etmişdir. Lakin tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Şəxs aliment ödədiyini bəhanə edərək ona olan borcunu ödəməkdən yayınır. Halbuki onun vəkili məhkəmə qətnaməsindən şikayət verən zaman bildirmişdir ki, bütün məhkəmə instansiyalarını keçdikdən sonra əgər qərar onların xeyrinə olmasa o zaman borclu Moskvada olan obyektini satıb onun borcunu tam olaraq qaytaracaqdır. Lakin borclu vədinə əməl etməmişdir. 2025-ci ilin mart ayından hissə-hissə olmaqla borcundan 2000 manat ödəniş etmişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qərarından məlumatı olandan sonra ondan apellyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti vermişdir. Məhkəmə qərarı icraya yönəldikdən sonra hissə-hissə olmaqla 2000 manat ödəniş etmişdir. O, eyni zamanda 2 aliment işi üzrə aliment ödəyir. Ona görə borcu tam şəkildə ödəməyə imkanı çatmır. Zərərçəkmiş şəxsin bildirdiyi obyekt Moskvada yerləşir və onun dostunundur. Dostu isə həmin obyekti sata bilmir. Hər ay borcundan ən azı 500 manat imkanı olduqca daha çox ödəməklə ödəniş edəcəyinə söz verir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı X1 xeyrinə 18000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2080/2023-016 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2080/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş və tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Sabunçu Rayon Məhkəməsinin Sabunçu rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı X1 cavabdeh Şəxs qarşı pul tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-2080/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Şəxs tərəfindən apellyasiya şikayəti verildiyindən həmin mülki iş üzrə icraatın dayandırılması xahiş olunmuşdur. İcraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2080/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Sabunçu Rayon Məhkəməsinin Sabunçu rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, cavabdeh Şəxs iddiaçı X1 xeyrinə 18000 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair məhkəmənin 2(008)-2080/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti təmin edilmədiyindən və icra sənədinin icrası təmin edilmədiyindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-2080/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün yenidən icra şöbəsinə göndərilmişdir. Ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən X2 xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 2000 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında verilmiş izahatlar əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs tərəfindən Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyindən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat dayandırılmış, Sabunçu Rayon Məhkəməsinin məktubuna əsasən xx.xx.2025-ci il tarixdən icra hərəkətləri davam etdirilmiş, bundan sonra borclu tərəfindən müxtəlif tarixlərdə hissə-hissə olmaqla 2000 manat ödəniş olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini icra etməməsi üzürsüz səbəb kimi qiymətləndirilə bilməz. Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qərarını icra etməməsi icra sənədinin icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirilə bilər. Hazırki halda isə icra məmuru tərəfindən tərtib olunan inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə borclunun məhkəmə qərarının tam şəkildə icrası üçün faktiki imkanın olmasını təsdiq edən hər hansı sübuta rast gəlinməmişdir. Borclu tam şəkildə olmasa da, hər ay müəyyən qədər ödənişlər edərək icra sənədinin icrası istiqamətində addım atmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3547/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3547/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver