Məhkəmə qərarları › İş №3(008)-3549/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3549/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3549/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, X5 tərəfindən Bakı şəhər Binəqədi RPİ 40-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Binəqədi RPİ 40cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayət vermiş şəxs X5 və qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ 40-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ 40-cı Polis Bölməsinin nümayəndəsinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Binəqədi RPİ 40-cı PB onun Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta törətməkdə təqsirlənirilməsinə dair xx xxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmişdir. xx xxxx 2020-ci il tarixli MN ******* saylı protokolda göstərilmişdir ki, onun tərəfindən karantin qaydasının pozulması halına yol verilmiş və xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. İşin faktiki halları ilə bağlı bildirir ki, tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Belə ki, iş yerindən arayışı ola-ola barəsində protokol tərtib edilmişdir. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Baş Nazirinin xx xxxx 2020-ci il № 120 saylı qərarının 4.5.6-cı bəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinin davam etdirilməsinə icazə verilmişdir. O saxlanıldıqdan sonra tərəfindən Elektron Hökümətin İnkişaf Mərkəzi tərəfindən icaze.e-gov.az saytından müvafiq icazəsinin olmasına dair çıxarış verilməsinə baxmayaraq nəzərə alınmamışdır. Məhkəmədən Bakı şəhər Binəqədi RPİ 40-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın qanunsuz olduğundan ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Binəqədi RPİ 40-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X5 tərəfindən məhkəməyə təqdim olunmadı. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Bakı şəhər Binəqədi RPİ 40-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar