Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3553/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Kənan Cəfərovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, müdafiəçi 7 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 13 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, adsız mağazanın qarşısında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, orada videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 0.270 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə rəisi, Kənan Cəfərov tərəfindən MN № ******* saylı, 14 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kənan Cəfərov izahatında göstərmişdir ki, Şəxs polis əməkdaşları tərəfindən 13 iyun 2022-ci il tarixdə,17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, adsız mağazanın qarşısında şübhəli şəxs qismində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 0.270 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Şəxs üzərindən aşkar edilmiş 0.270 qram narkotik vasitə marixuananın miqdarı cinayət məsuliyyəti yaratmadığından Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 03 iyun 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün narkotik vasitə marixuan alaraq üzərində saxlamışdır. 13 iyun 2022-ci il tarixdə,17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, adsız mağazanın qarşısında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, orada videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 0.270 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Narkotik vasitədən bir neçə müddətdir ki, istifadə edir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi X4 inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2022-ci il tarixli, 7/626 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şəxs Şəxs üzərindən aşkar edilərək götürülmüş” yazısı olan zərfdə kağız kəsiyi bükümündə təmiz çəkisi 0.270 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İnzibati xəta haqqında materiala əlavə edilmiş 13 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 iyun 2022-ci il tarixdə saat 17.00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 14 iyun 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı və iş materilları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzrədə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda inzibati qaydada həbsin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni 13 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, X5 Konvensiyasının 5-ci maddəsi üzrə təlimatda göstərilir ki, həmin maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışına həm obyektiv - hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, § 74; Stanev Bolqarıstana qarşı [GC],§ 117). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (məsələn bax: Quzzardi İtaliyaya qarşı, § 95; H.M. İsveçrəyə qarşı, § 45; H.L. Birləşmiş Krallığa qarşı, § 91; və Ştork Almaniyaya qarşı, § 73). Faktlar 5-ci maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum edilməyə dəlalət edirsə, həbsin nisbətən qısa müddətli olması bu qənaətə təsir etmir (Rantsev Kipr və Rusiyaya qarşı, § 317; İskəndərov Rusiyaya qarşı, § 140). Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, § 36; Foka Türkiyəyə qarşı, § 78; Gillan və X1rşı, § 57; Şimovolos Rusiyaya qarşı, § 50; Breqa və başqaları Moldovaya qarşı, § 43). İşin mübahisəsiz halından görünür ki, Şəxs 13 iyun 2022-ci il tarixdə, saat 17:00dan sonra cəmiyyətdən təcrid edilmiş və nəzarətdə saxlanılmaqla qapalı məkanı sərbəst tərk etmək imkanı olmamışdır. Bu səbəbdən Şəxs inzibati qaydada həbs müddəti 13 iyun 2022-ci il tarixdə, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13 iyun 2022-ci il tarixdə, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №3(008)-3553/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3553/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver