Məhkəmə qərarları › İş №3(008)-3554/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3554/2023

26.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3554/2023 26.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Müqəddəs Rəsulzadənin, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Şuşa şəhəri, Malıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şuşa şəhəri, Malıbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında yaşayan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinindən daxil olmuş 26 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəya haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində prokurorluq əməkdaşlarını küçədə təhqir etmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinindən daxil olmuş 26 iyun 2023-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəya haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Polis Şöbəsinə dəvət edildiyi zaman polisin qanun tələblərini pozaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Müqəddəs Rəsulzadə göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində prokurorluq əməkdaşlarını nalayıq ifadələrlə təhqir etmiş, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Polis Şöbəsinə dəvət edildiyi zaman polisin qanun tələblərini pozaraq tabesizlik göstərmişdir. Buna görədə barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, uşaqlıdan qoldan əlildir, oğlu isə qazidir. Qazi oğluna Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinə yaxın ərazidə fərdi ev tikir, 2 nəfər şəxs ona yaxınlaşaraq tikintini dayandırmağı bildirmişdilər. O da əsəbiləşərək həmin şəxslərə oradan getmələrini bildirmişdir. Həmin şəxslər özlərini təqdim etmədiklərindən kim olduqlarını bilməmişdir. Kobud danışmış, amma heç kimi təhqir etməmişdir. xx.xx.2023-cü il tarixdə onu polis şöbəsinə dəvət etmişlər. Oda heç bir etiraz etməyərək polis şöbəsinə gəlmiş, tanımadığı şəxslərlə kobud danışdığı üçün üzr istəmişdir. Lakin polis əməkdaşları onun əməlinə qiymət verilməsi üçün məhkəməyə inzibati protokol tərtib edərək vermişdilər. Məhkəmənin qərarı ilə təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Məhkəmədən onun günahı olmadığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəh., Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin ounmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəh., Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasl İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.2 - ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 3552/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində prokurorluq əməkdaşlarını küçədə təhqir etməsi və xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Polis Şöbəsinə dəvət edildiyi zaman polisin qanun tələblərini pozaraq tabesizlik göstərməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3552/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verildiyindən 26 iyun 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəya haqqında protokollar geri qaytarılmalıdır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8,9, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar