Məhkəmə qərarları › İş №3(008)-3558/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3558/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3558/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Cəbrayıl rayonu, Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Cəbrayıl şəhəri, Aşıq Pəri küçəsi, ev 128-də qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:15 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsində avtomobili ilə hərəkətdə olarkən X7 əməkdaşları tərəfindən saxla əmri verilmiş, vətəndaş avtomobili saxladıqdan sonra içkili olduğu üçün müayinəyə getməkdən imtina etmiş, polis əməkdaşları ilə mübahisə etmiş, daha sonra ərizəyə gələn PPX əməkdaşları tərəfindən ərazi üzrə şöbəyə aparılarkən polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən MN № ******* saylı, 02 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X4 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:15 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsində avtomobili ilə hərəkətdə olarkən X7 əməkdaşları tərəfindən saxla əmri verilmiş, vətəndaş avtomobili saxladıqdan sonra içkili olduğu üçün müayinəyə getməkdən imtina etmiş, polis əməkdaşları ilə mübahisə etmiş, daha sonra ərizəyə gələn PPX əməkdaşları tərəfindən ərazi üzrə şöbəyə aparılarkən polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra o polis əməkdaşları tərəfindən qanunun tələblərinə əsasən güc tətbiq edilərək şöbəyə gətirilmiş, raportla Şöbə rəisinə raportla müraciət olunmuşdur. Raport əsasında Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, həmin gün içkili olmuşdur, etdiyi əməldən çox peşmandır. Polis əməkdaşlarında üzr istəyir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında göstərmişdir ki, 01 iyun 2025ci il tarixdə Bakıxanov qəsəbəsi, Sülh küçəsində xidmətdə olan zaman vətəndaş Şəxs **- XQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən tərəfindən saxla əmri verilmiş, vətəndaş avtomobili saxladıqdan sonra içkili olduğu üçün müayinəyə getməkdən imtina etmiş, onlarla mübahisə etmiş, paltarını dartaraq əl-qol hərəkətləri ilə ona zərər yetirmiş, daha sonra ərizəyə gələn PPX əməkdaşları tərəfindən ərazi üzrə şöbəyə aparılarkən polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərmişdir ki, Şəxs tərəflərindən saxlanılarkən içkili vəziyyətdə olduğu üçün və özünü idarə etməkdə çətinlik çəkdiyindən tərəflərindən müayinəyə getmək təklif olunduqda onlarla kobud rəftar edərək əl-qol hərəkətləri ilə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra kömək üçün əraziyə yaxınlaşan PPX əməkdaşlarının köməkliyi ilə ərazi üzrə Şöbəyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan raportdan görünür ki, Bakı şəhər DYPİ-nin inspektorları X3 və X2 raportla 13-cü Polis şöbəsinin rəisinə müraciət edərək vətəndaş Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdirlər. AZA 016999 saylı, 01 iyun 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 iyun 2025-ci il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. Elektron çıxarışdan görünür ki, Şəxs İİ-ci qrup əlildir, 393.34 manat pensiya alır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını və şahid ifadələrini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi olaraq etiraf etməsini və peşmançılığını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs hadisəni içkili vəziyyətdə törətməsini İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edir. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta haqqında protokola izahatında Şəxs etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, özünün etirafı, raport və iş materiallarındakı digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmənin verilmiş suallarına cavabında Şəxs bildirmişdir ki, törətmiş olduğu hadisədən peşmandır, polis əməkdaşlarında üzr istəyir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətaya görə, Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq və kifayət hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar