Məhkəmə qərarları › İş №3(008)-3561/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3561/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3561/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28070076 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 28101561 nömrəli qərarlardan şikayətini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025ci il tarixli EQ 28070076 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 28101561 nömrəli qərarların ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş şikayət ərizəsindən görünür ki, X4 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28070076 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 28101561 nömrəli qərarların ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması nəzərə alınaraq, şikayətçiyə inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 28070076 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 28101561 nömrəli qərarlardan bir icraat qaydasında şikayət verildiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28070076 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 28101561 nömrəli qərarların ləğv olunmasına dair şikayəti X3 geri qaytarılsın. X1 inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar