Məhkəmə qərarları › İş №3(008)-3569/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3569/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3569/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 qızının katibliyi ilə, Zərərçəkmiş şəxs Emilağa qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 30, mənzil 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 19 may 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Kərimov X4 qəsəbəsi, Şəhər şossesi küçəsilə hərəkətdə olmuş, ötmə əməliyyatı edərkən, manevr qaydasını pozub, bu zaman, sağ zolaqda onunla eyni istiqamətdə hərəkətdə olan “Chevrolet Cobalt” markalı **-YF- *** dövlət qeydiyyat nişanlı avtomobil sola doğru dönmə əməliyyatı apararkən onu sol yan hissəsindən vurub toqquşmuşdur. Nəticədə hər iki avtomobil zədələnmiş, sonuncu avotomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs Emilağa qızı yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, HYUNDAİ İ30 markalı, 77HH 743 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. AD 079406 seriyalı BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat təqribən 00:20 radələrində qeyd etdiyi avtomobil ilə Sabunşu rayonu, Şəhər şosesi ilə hərəkət edib sola doğru Balaxanı qəsəbəsi istiqamətində hərəkətinə davam etmiş və daah sonra ötmə əməliyyatı etmək üçün sol işığı yandırıb əks yola çıxaraq ötmə əməliyyatı etmişdir. Bu zaman qarşısında hərəkətdə olan iki avtomobil ötüb keçmişdir ki, sağ zolaqda onunla eyni istiqamətdə hərəkətdə olan “Chevrolet Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil sola doğru dönmə əməliyyatı etmiş və bunu gördükdə dərhal əyləcdən istifadə edib avtomobili sola doğru çəksə də idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin sol yan hissəsinə çırpılmışdır. Bu zaman həmin avtomobildə olan iki nəfər sərnişin qadın xəsarət aldığından müayinə üçün xəstəxanaya aparılmışlar. Hadisə ehtiyatsızlıqdan baş vermişdir, zərərçəkmiş şəxslə barışmışdır.Qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Emilağa qızı izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 23:50 radələrində “Bolt” taksi proqramından Ramana qəsəbəsindən Həzi Aslanova oradan isə Xırdalan şəhərinə getmək üçün anası X2 ilə birlikdə taksi sifariş vermiş, sifarişə əsasən Chevrolet Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, hər ikisi həmin taksinin arxa oturacağına əyləşmişlər. xx.xx.2025-ci il tarixdə saat təqribən 00:20 radələrində qeyd etdiyi avtomobil ilə Sabunçu rayonu Şəhər şosesi ilə hərəkət edib sola doğru Balaxanı qəsəbəsi istiqamətində hərəkətinə davam etdikdən sonra sürücü geri doğru dönmə əməliyyatı etmək istədikdə sol təərfdən gələn HYUNDAİ İ30 markalı, 77HH 743 dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onların avtomobilinin sol yan hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o və anası xəsarət almışlar. Hazırda Şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 820 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Emilağa qızının bədən səthində aşkar olunmuş xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 06 may 2025-ci «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs Emilağa qızı yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 19 may 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM-32.1.1), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar