Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3575/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Astara rayon, Seləkəran kəndində doğulmuş, ali təhsilli, subay, işsiz, Sabunçu Rayonu, Bakı şəhəri, Sabunçu r, Bakıxanov qəsəbəsi, Y.Əliyev k, 2595 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə 22 may 2025-cü il tarixli İXP7145025 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Sabunçu rayon, Balaxanı qəsəbəsi, Y.Əliyev küçəsində yol polis əməkdaşlarının ona yaxınlaşaraq spirtli içki təsiri altında avtomobil idarə etdiyini bildirərək barəsində protokol tərtib etmişlər, halbuki, o, avtomobili içkili idarə etməmişdir, avtomobili ayıq sürücü Masazır qəsəbəsində Yavər Əliyev küçəsinə qədər idarə etmiş və ayıq sürücü avtomobili məhəllədə saxladıqdan sonra o əşyalarını götürmək üçün sükan arxasına keçmiş və əşyaların götürüb avtomobildən təxminən 15 metr aralanaraq eve doğru gedərkən polis əməkdaşları onu saxlamış və onun içkili avtomobil idarə etdiyini bildirmişlər. O, polis əməkdaşlarına içkili olduğunu etriaf etmiş, lakin içkili avtomobil idarə etmədiyini, avtomobili ayıq sürücünün idarə edərək evə gətridiyini bildirmişdir. O, barəsində tərtib edilmiş protokola etiraz edir və barəsində protokol tərtib edən polis əməkdaşlarının onun içkili avtomobil idarə etməsi ilə bağlı video görüntülərini polis əməkdaşları tərəfindən məhkəməyə təqdim edilməsini xahiş edir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, saxlanıldığı vaxt polis əməkdaşlarına içkili olduğunu etiraf etmiş, içki qəbul etdiyi üçün həkimə getməyə ehtiyac olmadığnı bildirmişdir. Sonra o, dövlət yol polisi idarəsinə gətirilmiş, orada onu bir müddət gözlətmişlər, daha sonra isə alkotester vasitəsilə müayinə olunmuşdur. Müayinə olan vaxt orada içkili olduğunu etiraf edərək, müayinəyə ehtyac olmadığını bildirmiş və müayinədən imtina etmişdir. Göstərilən halları nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəf məhkəmə iclasına gəlməmiş, məhkəməyə , xx.xx.2025-cü il tarixdə Sabunçu rayon, Balaxanı qəsəbəsi, Y.Əliyev küçəsində inzibati xətanın törədilməsi ilə bağlı video görüntüləri göndərərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxsun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol təqdim edilmiş video-görüntülü səs yazıları və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 may 2025-ci il tarixli İXP7145025 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat “FORD FUSİON MİNİK” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış və saxlanılan zaman sərxoş olması müəyyən edilmişdir; Məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/1424 saylı, xx.xx.2025-cİ il tarixli aktdan görünür ki, həmin tarixdə saat 00:50-də müayinə olunan zaman Şəxs müayinədən imtina etmişdir. Beləliklə, video görüntülərdən də görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında ağ rəngli “FORD FUSİON MİNİK” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış və saxlanılan zaman sərxoş olmasını polis əməkdaşlarına etiraf etmişdir. Məhkəmə iclasında tərəfə göstərilən video görüntüyə Şəxs etiraz etməmiş və videonun həmin tarixdə baş verən hadisəyə məxsus olduğun bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxsun sərxoşluq vəziyyətinin müəyyən edilməsi zamanı o, içkili olmasını etiraf edərək müayinədən imtina etməsi və eyni zamanda məhkəmə iclasında özünün də o an içkili olduğunu etiraf etməsi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, sürücü Şəxs saxlanılan zaman içki qəbul etdiyini özü də etiraf etmiş, həmçinin həkim müayinəsinə ehtiyac olmamasını bildirərək müayinədən imtina etmişdir. Şəxs ayıq sürücü xidmətindən istifadə etdiyini və avtomobili idarə etmədiyini bildirsə də, videogörüntüdən onun nəqliyyat vasitəsini idarə edərək park etdiyi açıq-aydın görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 343.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İş materiallarından göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktı ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona təqsirli biindiyi maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3575/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3575/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver