Məhkəmə qərarları › İş №3(008)-3578/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3578/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3578/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, X11 oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Əzimli X4 qəsəbəsi, Babək küçəsində hərəkətdə olarkən, qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə öz yolunda hərəkət edən Sabunçu RPİ DYPŞnə məxsus olan “BMW” markalı, 99 – YP – 262 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurub toqquşmuş, avtomobillərə maddi zərər yetirilmiş və sonuncu avtomobilin sürücüsü X3 və avtomobildə xidmət edən X8 yüngül dərəcəli bədən xəsarəti almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 12 aprel 2024-cü il tarixdə saat 23 radələrində “Mercedes Benz” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə şəhər istiqamətində iki istiqamətli üç zolaqlı yol ilə üçüncü zolaqla saatda təqribən 50-55 km sürətlə hərəkətdə olarkən onunla eyni istiqamətdə sağ zolaqda hərəkətdə olan avtomobil onu sola doğru sıxdığından əks yola çıxaraq qarşıdan gələn yol patrul xidmətinə məxsus avtomobili vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, 12 aprel 2024-cü il tarixdə inzibati ərazidə xidmətdə olarkən təxminən saat 23 radələrində iş yoldaşı X3 idarə etdiyi “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə üzü şəhər istiqamətində sağ tərəfdən 3-cü zolaqla təxminən 40-50 km sürətlə hərəkətdə olarkən anidən təxminən 2-3 metr məsafədə qarşı əks yolda sağ tərəfdən 3-cü zolaqda hərəkətdə olan “Mercedes Benz” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil bilmədiyi səbəbdən düz qoşa xəttin tələbini pozaraq qarşılarına doğru gəlməsini gördükdə Əşrəf Seyidzadə hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobilin sükanını sağa doğru istiqamətləndirsə də hadisənin qarşısını almaq mümkün olmamış və nəticədə həmin avtomobil onların avtomobilini vurmuşdur. Hadisə nəticəsində o və avtomobili idarə edən iş yoldaşı yüngül dərəcləi bdən xəsarətləri almışlar. İdarə olunan “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili öz vəsaitləri hesabına təmir etdimişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsi Sabunçu Rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 845 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X7 ağrı sindromu və bel-oma nahiyəsinin qançırı ilə müşayiət olunan yumşaq toxumlarının əziyi və əzələ-bağ aparatının gərilməsi müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsi Sabunçu Rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 846 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 ağrı simptomu, qismən hərəkət məhdudluğu və qançır ilə müşayiət olunan sol bazu oynağının əzələ-bağ aparatının gərilməsi müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, X9 və X3 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldıqlarından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq onun barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 17 may 2024-cü il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Əzimli X2 Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təsirləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar