Məhkəmə qərarları › İş №3(008)-3581/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3581/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3581/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızının sədrliyi, məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Şamxal Bağırovun, müdafiəçi 7 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən daxil olmuş olmuş MN ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı, 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı 20 iyun 2022-ci il tarixli, ******* saylı, 20 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, Vət. Şəxs müxtəlif vaxtlarda müxtəlif ünvanlardan oğurluqlar etmişdir. Bu barədə Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə rəisi Şamxal Bağırov tərəfindən 20 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şamxal Bağırov izahatında göstərmişdir ki, Vət. Şəxs müxtəlif vaxtlarda müxtəlif ünvanlardan oğurluqlar etmişdir. Zərərçəkmiş şəxslər bölməyə şikayət ərizəsi ilə müraciət etmiş, həmin şikayətlər əsasında tərəfindən Şəxs barəsində tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokollar tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, dəqiq xatırlamadığı tarixlərdə müxtəlif ünvanlardan oğurluq etmiş, oğurladığı əşyaları sataraq əldə etdiyi pulu şəxsi məsrəflərinə sərf etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında müdafiəçi X5 inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəh., Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin olunmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəh., Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 19 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 iyun 2022-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 15 fevral 2022-ci il tarixli, 17 fevral 2022-ci il tarixli,18 fevral 2022-ci il tarixli, 27 fevral 2022-ci il tarixli, 10 mart 2022-ci il tarixli, 16 mart 2022-ci il tarixli, 19 mart 2022-ci il tarixli, 09 aprel 2022-ci il tarixli, 01 may 2022-ci il tarixli, 12 may 2022-ci il tarixli, 19 may 2022-ci il tarixli, 19 may 2022-ci il tarixli, 27 may 2022-ci il tarixli, 14 mart 2022-ci il tarixli, 18 fevral 2022-ci il tarixli, 15 mart 2022ci il tarixli, 02 iyun 2022-ci il tarixli, 08 iyun 2022-ci il tarixli, 09 iyun 2022-ci il tarixli xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Quliyev X1 Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı və iş materilları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzrədə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda inzibati qaydada həbsin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, X6 Konvensiyasının 5-ci maddəsi üzrə təlimatda göstərilir ki, həmin maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışına həm obyektiv - hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, § 74; Stanev Bolqarıstana qarşı [GC],§ 117). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (məsələn bax: Quzzardi İtaliyaya qarşı, § 95; H.M. İsveçrəyə qarşı, § 45; H.L. Birləşmiş Krallığa qarşı, § 91; və Ştork Almaniyaya qarşı, § 73). Faktlar 5-ci maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum edilməyə dəlalət edirsə, həbsin nisbətən qısa müddətli olması bu qənaətə təsir etmir (Rantsev Kipr və Rusiyaya qarşı, § 317; İskəndərov Rusiyaya qarşı, § 140). Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, § 36; Foka Türkiyəyə qarşı, § 78; Gillan və X2rşı, § 57; Şimovolos Rusiyaya qarşı, § 50; Breqa və başqaları Moldovaya qarşı, § 43). İşin mübahisəsiz halından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:30-dan sonra cəmiyyətdən təcrid edilmiş və nəzarətdə saxlanılmaqla qapalı məkanı sərbəst tərk etmək imkanı olmamışdır. Bu səbəbdən Şəxs inzibati qaydada həbs müddəti xx.xx.2022-ci il tarxdə, saat 16:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarxdə, saat 16:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar