Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3586/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi ilə, Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC-nin İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC qanunla müəyyən olunmuş müddətdə sığortaçıyla icbari sığorta müqaviləsi bağlamamışdır. Ona görə də 09 avqust 2021-ci il tarixdə cəmiyyət barəsində AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Protokolda qeyd olunan “FORD MİDİ YÜK” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" QSC-nin sədrinin 23 yanvar 2017-ci il tarixli, S-01 saylı sərəncamına əsasən onların balansından "xxxx" MMCnin balansına verilmiş və bu barədə 24 yanvar 2017-ci il tarixli təhvil-təslim aktı mövcüddur. Hesab edir ki, təmsil etdiyi idarənin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında əlavə edilmiş elektron protokoldan görünür ki, Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC-nə məxsus «FORD MİDİ YÜK» markalı «**-JZ-***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" QSC-nin sədrinin 23 yanvar 2017-cı il tarixli S-01 saylı sərəncamından və təhvil-təslim aktından görünür ki, «FORD MİDİ YÜK» markalı «**- JZ-***» dövlət qeydiyyat nişanlı avtomobil 24 yanvar 2017-ci il tarixli təhvil-təslim aktı ilə "xxxx" MMC-nin balansına verilmiş və bu barədə 13.07.2021-ci il tarixli, DYS-44/2 saylı məktubla Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nə məlumat verilmişdir. Məhkəmə Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC-nin nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC-nin barəsində tərtib olunmuş protokolu əsassız hesab edərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, hüquqi şəxs Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Dövlət Dəmir Yolu Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi DYPŞ inspektoru Y.Piriyev tərəfindən tərtib edilmiş İXP ******* saylı, 09.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-3586/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3586/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver