Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3594/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonu, Çılğır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 27 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(007)-2114/2022 saylı, xx.xx.2022-ci il tarixli, Xaçmaz Rayon Məhkəməsinin 3(067)-488/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir, ödəniş etməkdən boyun qaçırmır. Səhhətində problem olduğu üçün işləyə bilmir. Tibb bacısı kimi bəzən qonşulara yardım göstərərək dolanır. Tələbkarın ona 6300 manat aliment borcu vardır. Bununla bağlı icra məmuru borcu düzgün hesablamamışdır. Tərəfindən borcun düzgün müəyyən olunması üçün məhkəməyə müraciət olunacaqdır. Həmin borcla onun tələbkara olan borcunun əvəzləşdirilməsindən sonra yerdə qalan məbləği ödəməyə hazırdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə olan borcun ödənilməsini tələb edir. Onun borcluya hər hansı məbləğdə aliment borcu yoxdur. Şəxs əvvəllər işləyirdi, indi də işləyib borcunu ödəyə bilər. Özü gözdən İİİ qrup əlildir. Səhhətində problemlər var. Əvvəlki əmək qabiliyyəti yoxdur. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün ayrı-ayrılıqda 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qeyd edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2114/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 3(067)-488/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Bir neçə icra sənədinin bir icraata birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sabunçu Rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2114/2022 saylı, xx.xx.2022-ci il tarixli, Xaçmaz Rayon Məhkəməsinin 3(067)-488/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda № 180914/2021-4-33-009 icra sənədi ilə birləşdirilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarda göstərilmişdir ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Şəxs ünvanlanmış və onun tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin dərhal icra etməsi xahiş olunmuş, tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada həyata keçiriləcəyi qeyd edilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs icra vərəqəsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3594/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3594/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver