Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3611/2022 25.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis kapitanı X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs – Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tərtər rayonu, Əskipara kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsindən daxil olmuş MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022ci il tarixli və MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən daxil olmuş MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli və MN ******* saylı, xx.xx.2022-ci il tarixli, inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ərazisində yerləşən mağazadan vətəndaş X7 məxsus XİAOMİ REDMİ 8 markalı mobil telefonu oğurlaması, xx.xx.2022-ci il tarixdə Bakıxanov qəsəbəsi ərazisində vətəndaş X1 məxsus SAMSUNG A70 markalı mobil telefonu oğurlaması, Bakıxanov qəsəbəsi ərazisində vətəndaş X4 məxsus su sayğacının oğurlaması, 25.06.222-ci il tarixdə, Novomed klinikasında vətəndaş X2 məxsus SAMSUNG markalı mobil telefonu oğurlaması, Bakıxanov qəsəbəsi Y.Əliyev 49 ünvanında vətəndaş X3 məxsus VAZ 2107 markalı avtomaşından 6 ədəd səsgücləndirici, 20 manat məbləğində pul və akkumlyator oğurlaması aşkar edilmişdir. Məhkəmədə inzibati protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X10 inzibati xəta haqqında protokolu müdafiə etdi və bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayan vətəndaşlar ərizə ilə Sabunçu RPİ-nin 13-ci PB-nə müraciət etmişlər. Müxtəlif tarixlərdə Şəxs Bakıxanov qəsəbəsində yerləşən avtomobillərdən, mağazalardan müxtəlif əşyalar oğurlaması aşkar edilmişdir. Söhbət zamanı o, xırda oğurluqlar törətdiyini bildirmişdir. Narkotik maddələrin təsiri altında olduğunu və xırda borcları olduğu üçün oğurluqlar etdiyini etiraf etmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğuna görə tərəfindən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında göstərdi ki, həqiqətən də qeyd olunan oğurluq əməllərini törətmişdir. Xırda məbləğlərdə borclarını qaytarmaq üçün oğurluqlar etmişdir. Bununla yanaşı, o, narkotik vasitə istifadəçisidir. Hazırda törətdiyi əməldən peşmandır, bundan sonra bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmədən barəsində inzibati həbslə əlaqəli olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafı ilə yanaşı digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar Şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs inzibati xətanı etiraf edərək səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-150-cu maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №3(008)-3611/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3611/2022
25.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver