Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3617/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızı, X1 inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ ********* nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12746992 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12919729 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 12989125 nömrəli elektron qərarlardan şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X3 məhkəməyə şikaət ərizəsi verərək ** DR *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius(Hibrid)” markalı avtomobili idarə etməsi barədə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ ********* nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12746992 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12919729 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 12989125 nömrəli elektron qərarların ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim edilmiş şikayət ərizəsindən görünür ki, X3 ** DR *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius(Hibrid)” markalı avtomobili idarə etməsi barədə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ ********* nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12746992 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12919729 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 12989125 nömrəli elektron qərarların ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması nəzərə alınaraq, şikayətçiyə inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Bundan başqa, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, şikayətçi tərəfindən inzibati qərarlardan şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin üzrlü sayılmasına dair hər bir iş üzrə ayrı-ayrılıqda vəsatət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ ********* nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12746992 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12919729 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 12989125 nömrəli elektron qərarlardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından, buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən və həmin qərarlardan bir icraat qaydasında şikayət verildiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ ********* nömrəli, xx.xx.2023cü il tarixli, EQ 12746992 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 12919729 nömrəli, xx.xx.2023cü il tarixli EQ 12989125 nömrəli elektron qərarların ləğv olunmasına dair şikayəti X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3617/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3617/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver