Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3660/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 qızının katibliyi ilə, Zərərçəkmiş şəxs2, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 10:15 radələrində FORD TOURNEO markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Maştağa- Zabrat yolundaki işıqforun qırmızı qadağanedici işığında dayanmadan hərəkətini davam etdirərkən, qarşısında əlavə seksiyanın sola dönmək üçün yaşıl işığında sola dönən “VAZ 2107” MARKALİ **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən vurmuş, zərbədən idarəetməni itirib, hər iki toqquşmuş avtomobillər yolunun kənarında vəziyyətdə oaln “VAZ 2106” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsinə çırpılmışdır. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü yüngül bədən xəsarəti almış və avtomobillərə maddi zərərə yetirilmişdir. Barəsində protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 10:15 radələrində qeyd etdiyi avtomobillə Maştağa qəsəbəsindən üzü Zabrat dairəsi istiqamətində iki istiqamətli 3 zolaqlı yolun ikinci zolağı ilə saatda 70- 80 km sürətlə hərəkət edirdi. Bu zaman yolda olan işıqforun qırmışı işığının yanmasına fikirli olduğumdan fikir verməyərək yol ayrıcına daxil olmuşdur. Bu zaman əks istiqamətdən gələn “VAZ 21074” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun yaşıl işığından sola doğru dönmə əməliyyatı edirdi. O həmin avtomobilin yol ayrıcına daxil olduğunu görüb əyləcdən istifadə etsə də, idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin yan hissəsinə çırpılmış, zərbədən hər ikisi yolun sağ tərəfinə doğru sürüşərək Savalan yaşayış massivindən yol ayrıcına daxil olan işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan “VAZ 2106” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib dayandılar. Hadisə nəticəsində “VAZ 21074” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarət almışdır. Ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 10:15 radələrində qeyd etdiyi avtomobillə Maştağa qəsəbəsi istiqamətində iki istiqamətli 3 zolaqlı yolun birinci zolağı ilə saatda 40-50 km sürətlə hərəkət edib sola “Savalan” yaşayış massivi adlanan əraziyə dönmək üçün işıqforun yaşıl işığının yandığını görüb dönmə əməliyyatı etmişdir. Bu zaman “FORD TOURNEO” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdən işıqforun qırmızı işığında keçərək yol ayrıcına daxil oldu və qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ yan hissəsinə çırpıldı. Zərbədən hər ikisi yolun sağ tərəfinə doğru sürüşərək Savalan yaşayış massivindən yol ayrıcına daxil olan işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan “VAZ 2106” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib dayandılar. Hadisə nəticəsində o aldığı xəsarətlərlə bağlı TTY avtomobili ilə X2 gəlmişdir. Hazırda barəsində protokol tərtib edilən şəxs Şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli 1212 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 baş-beyin silkələnməsi, alın, sağ təpə, sol qaş, sol gözyuvasının, bayır kənarının və sağ bazu oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol gözyuvasıətrafı-almacıq və sağ bazu oynağı nahiyələrinin qançırları, sağ said nahiyəsinin sıyrıqları mçüəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Məsimov xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmanlığını, zərərçəkmiş şəxslə barışmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3660/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3660/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver