Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3675/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Füzuli rayonu, Qorqan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Qorqan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, R.Qəmbərov küçəsi, X2 yataqxanası, ev 68-də yaşayan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əsədov X7 rayon Məhkəməsinin 2(064)-96/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən 1440 (min dörd yüz qırx) manat aliment borcunun ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən MN № ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərmişdir ki, borclu Əsədov X7 rayon Məhkəməsinin 2(064)-96/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən 1440 (min dörd yüz qırx) manat aliment borcunun ödənilməsindən yayınır. Borclu hər ay aliment borcunu ödəsə də, əvvəlki aylardan yığılan borc məbləğini bu günə qədər ödəməmişdir. Ona görə də borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aliment borcunu ödəməkdən imtina etmir, sadəcə olaraq hal-hazırda maddi vəziyyəti yaxşı deyil. Hər ay aliment borcunu vaxtıvaxtında ödəyir. Yaranmış borc məbləğindən məlumatı olmamışdır. Aliment borcunu hər ay hissə-hissə ödəyərək tam bağlayacağına söz verir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlaməti olmadığından inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Füzuli rayon Məhkəməsinin 2(064)-96/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx xxxxxxx 2012-ciil təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment cavabdeh Şəxs alınaraq tələbkar X3 ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir.. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Əsədov X7 rayon Məhkəməsinin 2(064)-96/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati xəta haqqında protokola əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu hər ay tələbkarın hesabına 240 manat ödəniş etmiş, sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Görünüdüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-3675/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3675/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver