Məhkəmə qərarları › İş №3(008)-37/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-37/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-37/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Saatlı rayonu, Heydərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: AR DİN Bakı şəhər DYPİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Hyundai Elantra” minik markalı 77- GG-923 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, hadisə baş verən vaxtı içkili olmamışdır, polis əməkdaşları onu saxlayarkən yanında adamlar olmuş, lakin yoxlama aparılmasın deyənə polis əməkdaşlarının təkidi ilə 2 bakal spirtli pivə qəbul etməsini, həkimə getməyə ehtiyac olmadığını demişdir. Sonradan özü ayrıca rəy almışdır ki, ayıqdır. Göstərilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan dörünür ki, “Hyundai Elantra” minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs iki bakal spirtli piyvə qəbul etməsini, həkimə getməyə ehtiyac olmadığını, ona köməklik göstərilməsini xahiş etmişdir. Xüsusi texniki vasitənin göstəricilərini əks etdirən sənədin surətindən görünür ki, Şəxs müayinə nəticəsində alkoqolun miqdarı 0,774 % olmuşdur. Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı AR SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsinin protokolunun surətindən görünür ki, o, ayıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixli ******* saylı AR SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsinin protokolunu təqdim edərək göstərmişdir ki, hadisədən qısa vaxt sonra özü şəxsən həkimə müraciət etmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə saat 01:00-da müayinə edilərək ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokol xx.xx.2024-cü il tarixdə saat 00:03-də tərtib edilmiş, Xüsusi texniki vasitənin göstəriciləri 00:00-da qeydə alınmış və alkoqolun miqdarı 0,774 % olmuşdur. Bundan əlavə Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli protokolda Şəxs iki bakal spirtli piyvə qəbul etməsini, həkimə getməyə ehtiyac olmadığını, ona köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi Şəxs tərəfindən təqdim edilmiş protokolla tərtib edilmiş ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol arasında təxminən bir saat fərqin olması(00:03-- 01:00), həmin müddətdə spirtli içkinin bədəndən çıxma ehtimalının olması, onun ******* nömrəli xx.xx.2024-cü il tarixli protokolda bir daha spirtli içki qəbul edib maşın idarə etməyəcəyinə qəbul edərək, həkim müayinəsinə ehtiyacının olmadığını qeyd etməsi məhkəməyə əsas verir ki, Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı AR SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsinin protokolu mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin təqdim etdiyi protokolun kimlər tərəfindən tərtib edilməsi barədə məlumatlar mövcud deyil(ad, soyad, vəzifə və s.), yalnız imzalar və möhürdən istifadə edilmişdir. Əlavə olaraq Şəxs məhkəmə iclasında verdiyi izahatında yol polis əməkdaşlarının təkidi ilə “iki bakal spirtli piyvə qəbul etməsini, həkimə getməyə ehtiyac olmadığını, ona köməklik göstərilməsini xahiş etməsi” Protokolda yazması məhkəmə üçün inandırıcı hesab edilmir. Məhkəmə hesab edir ki, Şəxs xüsusi texniki vasitənin göstəricilərini əks etdirən aparatın göstəriciləri ilə razı deyildisə, polis əməkdaşları ilə birlikdə həkim müayinəsindən keçməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar